"40-41 yaşıma qədər oynaya bilərəm" - Ronaldo

"40-41 yaşıma qədər oynaya bilərəm" -  Ronaldo
DÜNYA FUTBOLU 21 Avqust 2019 / 12:17 2703
-  A +

"Yuventus"un hücumçusu Kriştiano Ronaldo karyerasını nə vaxt bitirəcəyi ilə bağlı sualı cavablandırıb.

Qol.az xəbər verir ki, 34 yaşlı hücumçu Portuqaliyanın TVI telenalına müsahibəsində gələn il futbolla vidalaşacağının mümkün olduğunu deyib:

"Hazırda bu barədə düşünmürəm. Olar bilər ki, karyeramı gələn il başa vurum. Bununla yanaşı, 40-41 yaşıma qədər oynamağım da mümkündür. Bilmirəm... Həmişə deyirlər ki, anlardan həzz almaq lazımdır. Mən də bunu davam etdirirəm".

Qeyd edək ki, Portuqaliya millisinin kapitanı klub səviyyəsində "Sportinq", "Mançester Yunayted" və "Real"da da çıxış edib.

Son xəbərlər