2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçu transfer edib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, son mövsümü "Qəbələ"də keçirən İlqar Qurbanovla 1 illik müqavilə imzalanıb. O, "Sumqayıt"da "50" nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Türkiyənin "Fənərbaxça" klubunun yetirməsi olan İlqar Qurbanov peşəkar karyerası ərzində "Qəbələ" ilə yanaşı (29 oyun) "Xəzər Lənkəran" (56 oyun, 6 qol), "Sivasspor" (11 oyun, 1 qol), "Boluspor" (19 oyun, 3 qol), "Olimpik Şüvəlan" (23 oyun, 2 qol), "Mersin İdman Yurdu" (7 oyun) və "Qarabağ"ın (109 oyun, 4 qol) uğurları üçün çalışıb. 2006-cı ildən Azərbaycan millisinin şərəfini qoruyan İlqar yığmanın heyətində 16 qarşılaşmada meydanda olub.
"İnter"dən yeni transfer
Millimizin Latviya ilə oyunöncəsi açıq məşqindən - Şəkillər
Toral millinin oyununa çıxmayacaq?
"Atalanta"nın yeni baş məşqçi təyinatı rəsmiləşdi
"Tottenhem" baş məşqçisi ilə yollarını ayırdı
Santuş kapitanlığı Emin Mahmudova qaytardı
Millimiz Qazaxıstana qalib gəldi
"Bizə qələbə lazımdır" - Emin Mahmudov
"Futbolçularımız çox istəklidirlər" - Fernandu Santuş
“Roma”da Qasperini dönəmi
"Atalanta" onunla razılaşdı
"Liverpul" bu qapıçını transfer edir
La Liqada mövsümün ən yaxşı oyunçusu seçildi
Bekhem "Cəngavər" adı alacaq
"Sabah"ın qapıçısı millidə 4 qol buraxdı
"Bavariya" futbolçusu ilə müqaviləni uzadır
Qattuzo istefaya göndərildi
"Mançester Siti"yə keçir - Açıqlama
Braziliya millisinin üzvü "Arsenal"da qaldı
"Real"ın yeni formaları - Şəkillər
"İnter"in yeni baş məşqçisi bəlli oldu
Mbappe daha bir rekordu qırdı