"Azərbaycan millisində oynamağa tərəddüd edirdim"

"Azərbaycan millisində oynamağa tərəddüd edirdim"
ÖLKƏ FUTBOLU 27 Avqust 2025 / 13:28 1965
-  A +

"Qarabağ"ın yarımmüdafiəçisi Aleksey İsayev Rusiyanın championat.com saytına müsahibəsində Azərbaycan millisinə dəvət almasından danışıb.

QOL.az xəbər verir ki, o bildirib ki, uşaqlıqda Rusiya millisində oynamaq arzusunda olub:

"Sumqayıtda" çıxış etdiyim ilk ildən sonra mənə Azərbaycan millisində oynamaq təklifi gəldi. Düzünü desəm, şübhələrim var idi, tərəddüd edirdim. Yığmadan ilk dəfə gələndə fikirləşirdim ki, buna ehtiyacım var, ya yox. Mən ki Sibirdə böyümüşəm və Rusiya millisində oynamaq arzusunda idim. Amma bu gün mənə bu şansı verən insanlara minnətdaram. Heç vaxt düşünməzdim ki, başqa bir ölkənin yığmasına bu qədər sevinclə gedəcəyəm. Azərbaycanı beynəlxalq arenada təmsil etdiyim üçün qürur duyuram və hər zaman əlimdən gələni edirəm".

29 yaşlı futbolçu qeyd edib ki, Azərbaycanda da futbolun səviyyəsi yüksəkdir: "Bir çox insanlar Azərbaycan çempionatını yetərincə qiymətləndirmir. Halbuki burada çox keyfiyyətli futbol var. “Qarabağ”, “Neftçi”, “Sabah”, “Zirə”, Kurban Berdıyevin “Turan”ı – çox yaxşı komandalar, səviyyəli legionerlər, istedadlı yerli futbolçular var. Ona görə də “harada daha asandır” kimi fikirlər ağlıma gəlməyib. Mən yalnız uşaqlıq arzuma görə tərəddüd edirdim – Rusiyada oynamaq istəyirdim. Düşünürdüm ki, ora düşmək şansım var".

Qeyd edək ki, ölkəmizdə "Sumqayıt" və "Sabah"da da çıxış edən Aleksey İsayev 2021-ci ildən Azərbaycan millisinə dəvət alır. 

Daha çox


Son xəbərlər