FİFA ilin ən yaxşı qoluna namizədləri açıqladı

FİFA ilin ən yaxşı qoluna namizədləri açıqladı
DÜNYA FUTBOLU 19 Avqust 2019 / 18:40 4340
-  A +

FİFA ilin ən yaxşı qoluna verilən "Ferents Puşkaş" mükafatına namizədləri açıqlayıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, siyahıda 10 futbolçunun adı yer alıb. Bunlar Daniel Jori ("Debretsen"), Lionel Messi ("Barselona"), Zlatan İbrahimoviç ("Los-Anceles Qelaksi”), Endros Taunsend ("Kristal Pelas"), Fabio Kvalyarella ("Sampdoriya"), Xuan Kintero ("River Pleyt"), Mateus Kunyadı ("Leyptsiq"), eyni zamanda üç qadın futbolçu - Adjara Nçut (Kamerun millisi), Emi Rodriges ("Yuta Royals") və Billi Simpsondır ("Kliftonvill Ledis").

FİFA-nın saytı  3 finalçının müəyyənləşməsi üçün saytında azarkeşlər arasında səsvermə başladıb. Səsvermə sentyabrın 1-i başa çatacaq. Bundan sonra qalibi FİFA-nın əfsanələri seçəcək.

Qeyd edək ki, ötən il bu mükafatı "Liverpul"un hücumçusu Məhəmməd Salah qazanıb.

Qolları bu linkə keçid etməklə izləyə bilərsiniz: https://www.youtube.com/playlist?list=PLCGIzmTE4d0iHeMGrVhV4ZXyr5y-XCi6-


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord