UEFA bu mövsüm ikinci dəfə "Qarabağ"a intizam işi açıb.
Qol.az xəbər verir ki, bunlar Ağdam klubunun Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya "Dandolk"u ilə Bakıda cavab matçında azarkeşin meydana girməsi və 3-cü mərhələnin APOEL-lə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda azarkeşlərin meydançaya kənar əşyalar atmasına görədir.
Bəs "Qarabağ"ı bu qayda pozuntularına görə hansı cəza gözləyir?
Klubun baş meneceri Asif Əsgərov Qol.az-a açıqlamasında məsələyə aydınlıq gətirib: "Belə hallar normaldır. İstər azarkeşin meydana girməsi olsun, istərsə də meydançaya yad əşyalar atılması. Bunların hər birinin öz qaydaları var. Bu qaydalara uyğun da UEFA ya bizə xəbərdarlıq edəcək, ya da klub müəyyən məbləğdə cərimə ilə üzləşəcək. Elə bir ciddi şey yoxdur".
Qeyd edək ki, UEFA sözügedən məsələlərə avqustun 22-də və sentyabrın 19-da baxacaq.
"Çelsi" 16 yaşlı futbolçu ilə razılaşdı
Argentina millisindən qələbə
Ronaldo qırmızı vərəqə aldıqdan sonra nə deyib?
Azərbaycan cüdoçusu bürünc medal qazandı
MLS-in təqvimi dəyişdi
Türkiyə millisində itki
Messi Hindistanda sərvət qazanacaq
Klopp "Liverpul"a qayıda bilər
Haalanddan komanda yoldaşlarına burger qonaqlığı - Şəkil
Maktomineylə 4 klub maraqlanır
Dumfris millidən kənarlaşdırıldı
Mbappe də Bakıya gəlməyəcək
"Karvan-Yevlax" öz meydanına qayıdır - Rəsmi
“Azərbaycan hakimliyi adına böyük uğurdur”
Azərbaycan - Fransa matçının hakimləri açıqlandı
Deşam Azərbaycanla oyunla bağlı nə dedi?
Almaniya millisində itki
"Maradona" stadionunda "Qarabağ"a nə qədər yer ayrılıb?
"Çatışmayan hücumdakı bitiricilik idi" - Ceyhun Nuriyev