Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”ın APOEL-ə evdə 0:2 hesablı məğlubiyyəti hələ də müzakirə olunmaqdadır. Əlbəttə, səfərdə 2:1 hesablı əla qələbədən sonra çoxumuz Bakıdakı görüşdə sərfəli nəticə sayəsində Ağdam klubunun ÇL-in “pley-off”una vəsiqə qazanacağını gözləyirdik. Amma matç öncəsi baş məşqçi Qurban Qurbanovun bir peşəkar kimi uzaqgörənliyi və haqlı narahatlığı, belə qarşılaşmalarda cütün taleyinin bir deyil, iki oyunda həll olunması barədə dediklərinin əbəs olmadığını, heyf ki, təkrar görüşün nəticəsi də təsdiqlədi.
Və həmin oyun bir həqiqəti də sübut etdi ki, müasir futbolda nə komandalar, nə azarkeşlər, nə də media qətiyyən eyforiyaya qapılmamalı, rəqibi asanlıqla keçəcəyi barədə ehtiyatsız fikirlər səsləndirməməlidir. Bu, çox vaxt futbolçularda arxayınlıq da yaradır. “Qarabağ”ın APOEL-lə matçına, xüsusən matçdan sonra idman və sosial mediada komanda barədə səslənən, bəzən hətta təhqir səviyyəsinə çatan fikirlərə az sonra toxunacağıq. Hələlik ÇL-in “pley-off” mərhələsində “Qarabağ”la eyni gündə keçirilən bəzi digər oyunların nəticəsinə də nəzər salmağı vacib sayırıq. Çünki həmin hesablar da göstərir ki, sensasiyalı məğlubiyyətlə (həm də öz meydanında!) üzləşən təkcə “Qarabağ” olmadı.
Məsələn, Portuqaliya nəhəngi, Avropanın nüfuzlu klublarından olan “Portu” səfərdə Rusiya “Krasnodar”ına (son mövsüm Premyer Liqanı üçüncü pillədə tamamlayıb) 1:0 hesabı ilə qalib gəldiyi halda, öz meydanındakı cavab görüşündə 2:3 hesabı ilə uduzaraq ÇL-də mübarizəni dayandırmalı oldu. Yaxud Şotlandiya “Seltik”i Rumıniyada “CFR Cluj”la matçda qollu heç-heçə (1:1) etsə də, evdə gözlənilmədən 3:4 uduzaraq mübarizəni Avropa Liqasının pley-offunda davam etdirmək məcburiyyətində qaldı.
Beləliklə, Avropanın bu iki məşhur və köklü klubunun evdəki məğlubiyyətləri bir daha göstərdi ki, futbolda hər an gözlənilməz nəticələr ola bilər. Ən vacibi biz, nəhayət, emosional reaksiyalarımızı bir kənara qoyaraq “Qarabağ”ın APOEL-ə məğlubiyyətini faciəyə çevirməməli, baş məşqçi Qurban Qurbanovun, futbolçuların, ən çox da bu il “Qarabağ”ın uğurlarında müstəsnə əməyi olan, 37 yaşı olmasına baxmayaraq, 2019-cu ildə karyerasında ən uğurlu dönəmlərindən birini keçirən kapitan Rəşad Sadıqovun üzərinə təzyiqi ifrat həddə çatdırmamalıyıq. Ona görə ki, Rəşad mərkəz müdafiəçisidir. Rəqibin güclü təzyiq və hücumları qarşısında onun səhv, yaxud qayda pozuntusu etməsində təəccüblü nəsə axtarmamalıyıq. Bəli, Rəşad bir oyundakı qayda pozuntusu qapımıza qolla nəticələnib. Amma gəlin, bu mövsüm ÇL-in birinci mərhələsindən başlayaraq, 6 oyunda (elə son APOEL matçı da daxil olmaqla) onun ümumən nə qədər etibarlı oynadığını, bütün matçlarda ənənəvi liderlik keyfiyyətləri ilə seçildiyini unutmayaq. Təəssüf ki, bəzən bizim azarkeşlər, sosial şəbəkə “qəhrəmanları” bu incəlikləri ya görmür, ya da bir səhvə görə futbolçunun komandası üçün etdiyi fədakarlıqları görməzdən gəlirlər. Bu mənada, Rəşada “futboldan get” demək kimi tələsik tələblərin hazırda “Qarabağ” üçün heç bir faydası ola bilməz!
Bəli, “Qarabağ”ın son məğlubiyyətində Rəşadın da payı var. Amma tək onunmu? Bəs digər futbolçular? Vaqner, Rahil Məmmədov, Ailton, Zubir, Miçel, Almeyda, Slavçev... Onlar xüsusi nə iləsə fərqləndilərmi? Səhvlərini sadalasaq, bitməyəcək. Amma niyə onların adı ya ümumiyyətlə çəkilmir, ya da üstlərindən ötəri keçilir. Görünür, Rəşad həm yüksək futbolçu statusuna, həm də də xarizmasına görə daha çox gözə girir. Hərçənd indi təkrar-təkrar APEOL-lə matçın üzərində durmaq, mediada, sosial şəbəkələrdə təzyiqləri davam etdirməyin komandaya bir faydası dəyirmi? Birmənalı şəkildə, xeyr. Bu, gələn həftə Şimali İrlandiyada "Linfild"lə Avroliqanın pley-off matçı keçirəcək “Qarabağ”ın hazırlığına, futbolçuların psixoloji durumuna mənfi təsir edə bilər.
Nəhayət, heç nə itməyib. Komanda ÇL-də dayansa da, Avropa Liqasında mübarizəni davam etdirir və tarixində beşinci dəfə bu yarışın qrupuna düşmək üçün yaxşı imkanı var. Baş məşqçi Qurban Qurbanov belə çətin vəziyyətlərdə həmişə komandasını toparlamağı bacaran usta məşqçidir. Məhz onun yüksək məşqçi keyfiyyətləri və zəkası, şəxsiyyəti və xarizması, futbolçulara müsbət psixoloji təsiri nəticəsində “Qarabağ” uduzduğu ÇL oyunlarından sonra təkcə Avropa Liqasında düz 4 dəfə qrupa vəsiqə qazanıb. Həmin uğurlu seriyanın bu dəfə də davam edəcəyinə şübhə olmamalıdır. Amma bunun üçün azarkeşlər də nəhayət, APEOL məğlubiyyətini unudaraq komandasının, baş məşqçisinin və futbolçuların yanında duraraq onlara mənəvi dəstəyini göstərməlidir. Bu gün komandanın ən çox bu dəstəyə ehtiyacı var, artıq heç bir mənası qalmayan və bütovlükdə “Qarabağ”da ümumi əhval-ruhiyyəni korlaya biləcək mənasız söz-söhbətlərə deyil.
Bu yerdə “Qarabağ” klubunun başqanı Tahir Gözəlin məğlubiyyətdən dərhal sonrakı alqışa layiq təmkinli, nəcib və alicənab addımını xüsusi qeyd etməliyik. Klubun rəhbərliyi də azarkeşlər kimi çox məyus olsa da, oyundan sonra Tahir Gözəl dərhal komandanın paltardəyişmə otağına gedərək məşqçi və futbolçulara mənəvi dəstəyini ifadə etdi, bir məğlubiyyətə görə sınmadıqlarını dedi və çətin anda həmişəki kimi komandasının yanında oldu. Sonra isə o, jurnalistlərə açıqlamasında bu fikirləri söylədi: “Futbolda belə hallar olur. Qarşıda oyunlarımız var. “Qarabağ” Avropada yoluna davam etməlidir. Paltardəyişmə otağında hamıya ürək-dirək verdim. Təbii ki, hamı üzülür. Çox istəyirdik ki, burdan sevinclə ayrılaq. Azarkeşlər “Qarabağ”a son saniyəyə kimi dəstək oldu. Xalqımıza təşəkkür edirəm. Macəramız bitməyib, davam etməliyik”.
Bəli, “Qarabağ”ın Avropa məcarası bitməyib. Bu komanda tezliklə toparlanacaq və uğurların davamını gətirəcək. Bunun üçün başda Qurban Qurbanov , meydanda da kapitan Rəşad Sadıqov olmaqla komandanın gücü, iradəsi var...
"Qəbələ"nin 4 qollu qələbəsindən - Video
"Cavidin əvəzinə danışa bilmərəm" - Elvin Məmmədov
"Narahat olmayın, heç kimdən küsməmişəm" - Qurban Qurbanov
Bayılda vurulan 5 qol - Video
"Qarabağ" böyük hesabla "Səbail"ə qalib gəldi
Güləşçimiz ermənistanlı rəqibini məğlub edərək finala çıxdı
"Qəbələ"dən darmadağın, Yevlaxda heç-heçə
AFFA-nın Hesabat Konfransı keçirilib - Yenilənib
Flik "Barselona" ilə yeni müqaviləsi haqda danışdı
“Səbail” - “Qarabağ” oyununun heyətləri
AFFA klub prezidenti ilə bağlı şikayəti təmin etmədi
Akif Quluzadənin növbəti döyüşü
ÇL-də həftənin ən yaxşı oyunçusu seçildi
Baş məşqçi vəzifəsinə əsas namizəd Fabreqasdır
FİFA Türkiyə klublarına transfer qadağası qoydu
AFFA-dan 2-ci liqa klublarına cəza və cərimələr
Salah: "İnanmasaydım, müqavilə imzalamazdım"
“Nə Əliyar Ağayevi görmüşəm, nə də başqalarını…”
Qurban Qurbanov AFFA-dan inciyib? - Rövşən Nəcəfdən açıqlama
AFFA idman qurğularına 2 milyon manatdan çox vəsait ayırıb
"İnter"dən müflis olmaq riski ilə bağlı xəbərlərə reaksiya
Vitali Borisov: “Bu, bizim üçün nüfuz oyunudur”
“Limitin ləğvi futbolumuz üçün yaxşıdır” - Maqsud Adıgözəlov
Bir mövsümdə futbol klublarımıza nə qədər pul xərclənib?
Yunan-Roma güləşçilərimiz mübarizəyə başlayırlar
Salah "Liverpul"da qalır - Rəsmi
UEFA-nın Azərbaycan klublarına ödədiyi vəsait məlum oldu
Qurban Qurbanov Hesabat Konfransına qatılmadı
SOCAR ötən il AFFA-ya nə qədər vəsait ayırıb?
"Fernandu Santuşa narazılığımızı bildirdik" - Rövşən Nəcəf
"Real"ın sabiq baş məşqçisi vəfat etdi
"Çelsi"dən böyükhesablı qələbə
ÇL-də həftənin rəmzi komandası
Mbappe hələ də PSJ-dən borcunu tələb edir
"Qaradağ Lökbatan" - "Mingəçevir" matçından - Video
Ronaldodan yeni müqavilə
1-ci Liqa matçında 7 qol və 1 "qırmızı" - Video
İtaliya klublarının hədəfindədir