"Siti”nin B komandasının çempionluq şansı “Çelsi” və “Mançester Yunayted”dən çoxdur” - Mourinyo

"Siti”nin B komandasının çempionluq şansı “Çelsi” və “Mançester Yunayted”dən çoxdur” -  Mourinyo
DÜNYA FUTBOLU 11 Avqust 2019 / 19:19 4478
-  A +

Portuqaliyalı məşqçi Joze Mourinyo növbəti maraqlı açıqlaması ilə yadda qalıb.

Qol.az “goal.com”a istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis keçmiş klubları “Çelsi” və “ Mançester Yunayted”in bu mövsüm Premyer Liqanı qazanmaq şansının olmadığını bildirib.

O, fikrini belə izah edib: “Bu mövsüm “Mançester Siti”nin B komandasının Premyer Liqanı qazanmaq şansları “Çelsi” və “Mançester Yunayted”dən daha çoxdur”.

Mourinyo ona ünvanlanan “bu mövsüm Çempionluq yarışında hansı klublar mübarizə aparacaq” sualına isə belə cavab verib: “Mançester Siti”, “Liverpul” “Tottenhem” və “Mançester Siti”nin B komandası".

Qeyd edək ki, Joze Mourinyo son olaraq “Mançester Yunayted”i çalışdırıb. O, ötən ilin dekabrında ingilis klubundan göndərilib.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki