Elxan Məmmədov "Qarabağ"ın qələbəsindən danışdı

Elxan Məmmədov "Qarabağ"ın qələbəsindən danışdı
ÖLKƏ FUTBOLU 7 Avqust 2019 / 14:16 4187
-  A +

"APOEL üzərində qələbə “Qarabağ”, ümumilikdə Azərbaycan futbolu üçün çox vacib nailiyyətdir. Qələbə münasibəti ilə “Qarabağ” klubunu təbrik edirəm. Amma heç bir halda arxayınlaşmaq olmaz".

Qol.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"ın Kiprdə APOEL-ə qalib gəldiyi (2:1) oyunu stadiondan canlı izləyən baş katib Ağdam klubunun cavab matçında da yaxşı nəticə qazanaraq növbəti mərhələyə yüksələcəyinə inandığını bildirib. O, "Qarabağ"ın mətbuat xidmətinə açıqlamasında deyib:

"Cavab oyununa çox ciddi hazırlaşmaq lazımdır. Təbii ki, mərhələni keçmək üçün hər iki oyunda qələbə qazanmaq vacibdir. Ümid edir və inanıram ki, “Qarabağ” Bakıda doğma azarkeşləri qarşısında da səfərdə olduğu kimi yüksək keyfiyyətli oyun göstərərək növbəti mərhələyə vəsiqəni təmin edəcək. Bir daha bütün “Qarabağ”lıları təbrik edirəm”.

Daha çox


Son xəbərlər