"Bney Yehuda" Bakıya itkilərlə gəlir

"Bney Yehuda" Bakıya itkilərlə gəlir
XƏBƏR 7 Avqust 2019 / 13:10 4965
-  A +

Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Neftçi"nin qonağı olacaq "Bney Yehuda" Bakıya yola düşüb.

Qol.az İsrail mətbuatına istinadən xəbər verir ki, Təl-Əviv təmsilçisi bu gün səhər çarter reysi ilə səfərə çıxıb.

Komandanın ölkəmizə tam heyətlə gəlmədiyi bildirilir. Kapitan İtzik Azuz (müdafiəçi), eləcə də yarımmüdafiəçilər Amit Zenati və Eytan Velblum zədə səbəbindən Bakıdakı görüşü buraxacaq.

Qeyd edək ki, sabah  "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Bney Yehuda" oyunu saat 21:00-da başlayacaq.


Son xəbərlər
18.04.25  22:46

"Yamal Messi deyil"

18.04.25  11:52

Messi gələcəyi haqda