“Neftçi” klubunun sabiq vitse-prezidenti Tahir Süleymanov Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindı keçiriləcək APOEL – “Qarabağ” və Avropa Liqasının “Neftçi” – “Bney Yehuda” oyunları ilə bağlı Qol.az saytına müsahibə verib
- Tahir bəy, APOEL- "Qarabağ" oyunu öncəsi tərəflərin şansını necə qiymətləndirirsiz? Nəzərə alaq ki, “Neftçi”dən işlədiyiniz dövrdə komandanız məhz APOEL-I keçərək Avropa Liqasının qrupuna düşmüşdü.
- Hər iki komanda bir-birinə layiqli rəqiblərdir. APOEL-ə zəif komanda gözüylə baxılmamalıdır. Son onilliyin davamlı çempionu, Çempionlar Liqasında özünə görə uğurlar qazanmış komandadır. İddialarını hər zaman saxlayırlar. APOEL-i yaxından tanıdığımız üçün birmənalı qeyd edim, rəqib hətta həyətdə problemlər yaşasa da belə, son dəqiqələrə kimi mübarizə aparan komandadır. Əsas gücləri fanat, azarkeşlərdən gələn daxili ruhlarındadır. Motivasiya ilə yanaşı intizamlı, komanda oyunu sərgiləyirlər. Əsasən də evdə, fanatların tribunalarda "cəhənnəm" yaratdıqları məkanda çox istəkli, aqressiv futbol sərgiləyirlər.
"Qarabağ" artıq çox təcrübəli komandadır, dəfələrlə Avropada böyük klublara qarşı çıxış edib. Ağdamlılar APOEL-i keçmək iqtidarındadılar. Əsas fiziki, taktiki hazır olmaqla yanaşı psixoloji olaraq oyuna tam motivasiya ilə çıxmaq, təxribatlara uymamaq, imkan daxilində öz oyunlarını rəqibə diktə etməkdir. Nikosiyada rəqibdən qəti ehtiyat etmək, çəkinmək olmaz. APOEL bunu hiss edərsə, fanatların amansız təzyiqi ilə "Qarabağ"ın üstünə gələcək. Sürətli oyuna üstünlük verməklə yanaşı, rəqib futbolçulara rahat topla davranmağa, düşünməyə imkan verilməməlidir. Tez-tez yersiz top itkiləri də yolverilməzdir. APOEL-n qapısına mütləq yol tapmaq, qol(lar) vurmaq lazımdır. Əks halda kiprlilər təzyiqi daha da artıra, "Qarabağ"a çətin anlar yaşada bilər. Komandamız qələbə, alınmasa Bakıya minimum sərfəli nəticə ilə qayıtmalıdır.
- “Neftçi” ilə qarşılaşan APOEL ilə “Qarabağ”la oynayacaq APOEL arasında hansı fərqlər var?
- Aradan 6-7 il vaxt keçib, futbol baxımından az zaman kəsiyi deyil. APOEL 2012-ci ildə çox güclü idi. Çempionlar Liqasında qrup qalibi olan “Real”la 1/4 finalda Madridlə qarşılaşmış komanda idi. Təsadüfi deyil ki, Bakıda 1:1 oynamışdıq. Cavab görüşündə "Neftçi" taktiki gedişlərlə yanaşı ilk dəqiqələrdən pressinq tətbiq edərək oyunu ələ aldı və fiziki, psixoloji olaraq görüşə tam hazır idi. APOEL bizdən belə oyun gözləmirdi, "Neftçi"nin ikinci rolda, müdafiədən oynayacağını düşünürdülər. Özlərinə gələnə kimi artıq qapılarında qollar gördülər. Açığı, fanatların tribunalarda "Neftçi"yə, xalqımıza qarşı özbaşınalığı da bizə əlavə güc verirdi. Buna psixoloji olaraq tam hazır idik. 90-cı illərdə komandamıza qarşı olanları unutmamışdıq, meydana son oyun, qisas hissi ilə çıxmışdıq.
İndiki APOEL-i keçmək kağız üzərində nisbətən rahat görünür. Bu, aldadıcı ola bilər. Heç kimə sirr deyil, nə qədər deyilsə də ki, futbol siyasətdən uzaqdır, Kiprdə bizlərə düşmən gözüylə baxılır. APOEL fanat-azarkeşləri ruhən milliyyətçidirlər, tribunalarda düşmənpərəst, erməni şuarları səsləndirir, pankartlar açırlar. Bu məsələyə xüsusi diqqət yetirilməlidir. "Qarabağ" nə qədər xoş münasibət göstərsə də, komandamız stadionda, fanat-azarkeşlərin gözündə düşmən obrazında görünəcək. Psixoloji olaraq futbolçular buna hazır olmalıdırlar. Səslənə biləcək düşmən şuarlarına ən doğru cavab APOEL-n qapısına vurulan qollar olmalıdır. "Qarabağ"ın gücü, təcrübəsi, potensialı buna imkan verir. Yetər ki, oyuna hərtərəfli hazırlıq yerində olsun...
- “Neftçi”nin indiki vəziyyəti barədə fikirləriniz necədir? Komanda Rusiya “Arsenal”ını keçərək üçüncü mərhələyə yüksəlib.
- "Neftçi" elə bir klubdur ki, hədəfləri müəyyənləşdirməyə ehtiyac yoxdur - daxildə çempionluq, Avropada qruplar. Təəssüf ki, son 4-5 il səriştəsiz klub idarəçiliyi sayəsində itirildi, "Neftçi" lazımı səviyyədə, iddialarına uyğun idarə olunmadı. Avroliqada bu mövsüm hələ ki, mütləq nəticələr qazanılır. "Neftçi" kimi komanda üçün 2 mərhələ uğur sayılmasa da, Rusiya zəfəri "Neftçi"nin postsovet məkanında nüfuzunu qorudu, qarşıdan gələn oyunlara inamı artırdı.
İllərdi tənqid etdiyimiz kimi, istəyimiz də bu idi. Komanda tədricən özünə gəlir, vaxtilə obyektiv tənqidlər olduğu kimi, bu gün "Neftçi" tərifəlayiqdir. Komanda ənənəvi oyun üslubundan uzaq olsa da, kvalifikasiyalarda layiqli qələbələr qazanır. Ən düşündürücü məqam Bordin fəlsəfəsində "Neftçi"nin davamlı ikinci rolda çıxış etməsidir. Bu, müdafiə futbolu anlamına gəlməməlidir. İtalyanın məşqçilik ruhu belədir, rəqibləri yaxşı təhlil edə bilir və uyğun taktiki gedişlər edir. Rəqiblər isə "Neftçi"yə qarşı ikinci rolda çıxış edəndə, komanda əziyyət çəkir, məğlubiyyətlərlə üzləşir. Çempionatda zəif komandalarla oyunlarda bunun şahidi olmuşuq. Bu baxımdan israillilərlə qarşıdakı oyunlara ciddi hazırlaşmaq və çatışmazlıqları aradan qaldırmaq lazımdır. Həyətdəki itkiləri də nəzərə alsaq, düşündürücü məqamlar az deyil. Həyət də tam balanslaşdırılmayıb.
Nə yaxşı ki, Dabonun yoxluğu fonunda Rauf Əliyev zədələrdən, cəzalardan uzaq oldu. Bordin Emin Mahmudovu da nəzərə alsaq, 3 dayaq yarımmüdafiəçi ilə oynayır. Bu da yaradıcı, mövqe hücumlarında, topa nəzarət etməkdə problemlər yaradır.
Mövqelər üzrə heyət mütləq güclənməlidir. İnanaq ki, "Bney-Yehuda" "Neftçi"yə qarşı ikinci rolda çıxış etməyəcək. Qrupa vəsiqə qazanmaq üçün münasib rəqiblərlə çox gözəl şans yaranıb. Əsas komandalara yuxarıdan aşağı baxmamaq, oyunlara "Arsenal"la olduğu kimi ciddi yanaşmaq, öz güclərinə inanmaqdır. Gələcək planlar isə... "Neftçi"nin başqa nə planı ola bilər ki?! Yeni mövsümdə çempionluq uğrunda mübarizə yox, mütləq çempionluq və Avropada qrup lazımdır...
Azad NURİYEV
"Barselona"dan ayrılır
Musialanın PSJ ilə oyunda ayağı qırıldı - Şəkil
"İmişli" daha bir oyunçunun keçidini açıqladı
"Neftçi"dən yeni transfer - Rəsmi
"Qəbələ" növbəti transferini rəsmən açıqladı
Emrelinin komandası iki yoxlama oyununda uduzdu
Ulduz futbolçunun dəfnindən - Şəkillər
Kurban Berdıyev özünə üç nəfər yeni köməkçi gətirdi
"Çelsi" yeni transferini açıqladı
“Qarabağ”ın sabahı İsveçdə
"Zirə" Türkiyəyə yollandı - Şəkillər
Jotanın dəfnində Santuş da iştirak etdi
"Kəpəz"dən yeni transfer - Rəsmi
"İnter" Ter Ştegeni pulsuz ala bilər
Daha bir boksçumuz bürünc medalla kifayətləndi
Kayl Uoker bu kluba keçdi - Rəsmi
Azərbaycan boksçusundan bürünc medal
"Mançester Yunayted"də 18 yaşlı futbolçu
"İnter" hücumçu aldı
Xabi Alonso Arda Gülerdən danışdı
O pulu ailəsi alacaq
"Qalatasaray" onunla yolları ayırdı
"Kəpəz" ilk transferini açıqladı
Uilyamsın "Barselona"ya keçməməsinin səbəbi məlum oldu
Hara gedirsən, Benzia?
"Çelsi"ni 1/2 finala aparan qələbə - Video
Messi "İnter Mayami"də qalır
Arda Turan “Şaxtyor”da debüt oyununa çıxdı
Onlar da DÇ-2025-də yarımfinalçı oldular
“Zirə”nin rəqibindən növbəti qələbə
“Transferlər mənim nəzarətim altındadır” - Samir Abasov
Uolkerin yeni klubu bəlli oldu
"Qəbələ" növbəti transferini rəsmən açıqladı - Yenilənib
UEFA "Barselona", "Çelsi" və digər klubları cərimələdi
"Neftçi"dən ayrıldı, "İmişli"yə keçdi - Rəsmi
"Real" futbolçularına 1 milyonluq mükafat vəd etdi
"Mançester Yunayted" 4 oyunçusu ilə yollarını ayırır
Fatih Terimin yerinə onu təyin etdilər
"Barselona" Niko Uilyamsla əlaqəni kəsdi
"İmişli" yayda 7 yoxlama oyunu keçirəcək
“Araz-Naxçıvan”ın rəqibi yoxlama matçında uduzdu
"Arsenal" yaponiyalı futbolçusu ilə yolları ayırdı
"Yuventus" kanadalı hücumçu transfer etdi
"Atletiko"nun futbolçusu "Betis"ə keçdi - Rəsmi