“Neftçi”nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının II təsnifat mərhələsində Tula “Arsenal”ına 3:0 hesabı ilə qalib gəldikləri cavab matçından sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə oyun haqda danışıb.
- Dünənki mətbuat konfransında dediyim kimi, bizi çətin rəqib gözləyirdi. Bunu da ilk dəqiqələrdən gördük. Rəqib bizə çətinliklər yaratdı. İlk dəqiqələrdən irəli atılacaqları, risk edəcəkləri gözlənilirdi. Rəqibin təzyiqinə baxmayaraq, futbolçularım buna düzgün reaksiya göstərdi. Raufun vurduğu qoldan sonra isə hər şey bizim xeyrimizə oldu.
- Emin Mahmudovun durumu necədir?
- Emində həftəboyu bu problem yaranmışdı. Bu üzdən kifayət qədər məşq edə bilmirdi. Bu problem ilk oyunla əlaqəlidir. Tuladakı görüşdə də belə hal yaşanmışdı. Oyunçuların durumu barədə sabahdan maraqlanacağıq. Təkcə Emin yox, digərləri ilə də. Çünki oyun boyu bəzi oyunçularda qıcolmalar yaranırdı.
- Növbəti mərhələdəki rəqibiniz “Bney Yehuda” barədə hansısa məlumatınız var?
- Sabahdan bu barədə düşünməyə başlayacağıq. Bu gün qələbə qazanmışıq. Çalışacam oyunçularla bunu qeyd edim. Sabahdan növbəti mərhələnin hazırlığına başlayacağıq.
- “Arsenal”da bəyəndiyiniz futbolçu oldumu?
- İlk oyunda da, bu gün də “Arsenal” göstərdi ki, çox yaxşı elementləri, futbolçuları var. Texniki və fiziki cəhətdən yaxşı komandadır. İlk görüşdə dayaq yarımmüdafiə zonasını bağlamaq bizdə daha yaxşı alındı. Bu gün isə fərqli mübarizə oldu.
- Azarkeşlər oyuna xüsusi rəng qatdılar. Moldova və Rusiyadan sonra “Forza Neftçi” fanatlarını İsraildə görsəniz təəccüblənmərsiniz?
- Onlar hər zaman bizi dəstəkləyirlər. Bugünkü qələbəyə azarkeşlərimiz layiq idilər.
Bu qələbə hamımızındır.“Forza Neftçi” üzvlərini İsraildə də görmək istəyərdim.
- Avrokuboklarda ardıcıl 4 qələbə ilə Azərbaycan futbol tarixinə düşdünüz...
- Buna görə sevinirik. Çalışacağıq bunu qeyd edək. Bu gün yalnız bugünkü qalibiyyətə sevinirik. Bununla kifayətlənmirik. Çalışacağıq ki, qələbələri sıralamaqda davam edək.
- III mərhələ üçün transfer gözlənilirmi və bununla bağlı danışıqlar olurmu?
- İndi qələbənin sevincini yaşayırıq. Bu barədə danışmaq üçün tezdir. Sabahdan növbəti rəqib barədə düşünməyə başlayacağıq. Transferlərlə bağlı da fikir mübadiləsi aparılacaq.
“Beşiktaş”dan Ştegenə 8 milyon avroluq təklif
"Məşqçi kimi daha da püxtələşdim"
Ağ Ev Trampla Ronaldonun görüşündən görüntü yaydı - Video
“Kamp Nou”da ilk oyunda azarkeşləri sürpriz gözləyir
“Bayer"nin futbolçusu “Barselona” və “Bavariya”nın hədəfində
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
“Tottenhem”in hücumçusu "Roma"ya keçə bilər
Azərbaycan millisi FİFA reytinqində gerilədi
“Milan” Levandovskiyə maraq göstərir
“Real”ın müdafiəçisi millinin oyununda zədələndi
“Yuventus” Kenan Yıldızla razılığa gəldi
De La Fuente Türkiyə ilə heç-heçədən danışdı
Fransa Superkubokunun oyunu başqa ölkədə keçiriləcək
Elçin Məsiyev zədələndi, oyunun hakimi dəyişdi
"İnter" derbiyə itki ilə çıxacaq
Bellinqem, Palmer, Virtz, Vitinya...
Zədəli Osimhenin durumu açıqlandı
İlin klubu adına namizədlər hansılardır?
Azərbaycan güləşçisi İslamiadada finala yüksəldi
DÇ-2026-da seçmə mərhələnin bombardiri
Arteta, Flik, Mareska, Alonso...
1-ci liqada 5 oyunun hakimləri məlum oldu
İlin futbolçusu adına namizədlər - Siyahı
Çempionlar Liqası yenidən "Kamp Nou"da!
Misli Premyer Liqasında 12-ci turun hakimləri açıqlandı
U-21 millimiz Cəbəllütariqə belə qalib gəldi - Video
Avropa zonasının pley-off səbətləri - DÇ-2026
Montella İspaniya ilə heç-heçə haqda
İspaniya millisi dünya rekordunu təkrarladı
Cəmi 156 min əhalisi var - DÇ-2026-da oynayacaqlar
Türkiyənin İspaniya ilə heç-heçəsi - Video
Kriştiano Ronaldo Ağ Evdə ziyafətdə - Şəkillər
Şahruddindən tənqidlərə - Cavab
DÇ-2026-nın 39 iştirakçısı məlumdur
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
"Qalatasaray" zədəli futbolçuları ilə bağlı məlumat yaydı
“Mançester Yunayted” Balebanı transfer edə bilər
“Barselona”nın hücumçusu yenidən yaşıl meydanlara qayıdır
"Kəpəz" Azərbaycan millisinin sabiq qapıçısını transfer etdi
Klublar “Real”ın bu hücumçusu üçün yarışa girir
“Mançester Siti” almaniyalı gənc futbolçuya göz dikdi