“Qarabağ” UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Dundalk” üzərində qazanılan 3:0 hesablı qələbə ilə UEFA-nın diqqət mərkəzinə düşməyi bacarıb.
Qol.az xəbər verir ki, “Dalğa Arena”da irlandları məğlub edən Ağdam klubunun bu qələbəsi qitənini ali futbol qurumunun rəsmi saytının manşetində yer alıb. Sayt dünən gecə keçirilmiş oyunlar arasında “Qarabağ”ın matçını ön plana çəkərək bu görüşdən fotonu manşet yazısında (baş yazı) yerləşdirib.
Bundan başqa, Ağdam klubunun qapıçısı Vaqner da Silvanın şəkli UEFA Çempionlar Liqasının səhifəsində baş xəbərdə yerləşdirilib.
Qeyd edək ki, “Qarabağ” “Dundalk”ı mübarizədən kənərlaşdıraraq (1:1, 3:0) ÇL-də üçüncü mərhələyə yüksəlib. Bu mərhələdə Qurban Qurbanovun komandası Kiprin APOEL klubu ilə qarşılaşacaq. İlk matç avqustun 6-sı Nikosiyada, təkrar görüş avqustun 13-ü Bakıda keçiriləcək. 

"Çelsi" 16 yaşlı futbolçu ilə razılaşdı
Argentina millisindən qələbə
Ronaldo qırmızı vərəqə aldıqdan sonra nə deyib?
Azərbaycan cüdoçusu bürünc medal qazandı
MLS-in təqvimi dəyişdi
Türkiyə millisində itki
Messi Hindistanda sərvət qazanacaq
Klopp "Liverpul"a qayıda bilər
Haalanddan komanda yoldaşlarına burger qonaqlığı - Şəkil
Maktomineylə 4 klub maraqlanır
Dumfris millidən kənarlaşdırıldı
Mbappe də Bakıya gəlməyəcək
"Karvan-Yevlax" öz meydanına qayıdır - Rəsmi
“Azərbaycan hakimliyi adına böyük uğurdur”
Azərbaycan - Fransa matçının hakimləri açıqlandı
Deşam Azərbaycanla oyunla bağlı nə dedi?
Almaniya millisində itki
"Maradona" stadionunda "Qarabağ"a nə qədər yer ayrılıb?
"Çatışmayan hücumdakı bitiricilik idi" - Ceyhun Nuriyev
"Napoli"nin daha bir futbolçusu "Qarabağ"la oyunu buraxacaq
Peledən sonra bunu Mbappe də bacardı
Ronaldonun milli karyerasında ilk qırmızı vərəqəsi
Fransanın Ukraynaya vurduğu 4 qol - Video
DÇ-2026-ya vəsiqə qazanan 29 komanda
Azərbaycan - İslandiya oyunundakı qollar - Video
"O epizodda penalti var idi" - Ayxan Abbasov
“Azərbaycan millisi düz yoldadır” - Arnar Qunnlauqsson