İngilislər La Liqanı izləyə bilməyəcək

İngilislər La Liqanı izləyə bilməyəcək
DÜNYA FUTBOLU 31 İyul 2019 / 17:06 4247
-  A +

İspaniya La Liqasının oyunları 2019-2020 mövsümündə İngiltərə və İrlandiyada yayımlanmayacaq.

Qol.az  Britaniya mətbuatına istinadən xəbər verir ki, İspaniya çempionatının yayım hüququnu heç bir kanal öz üzərinə götürməyib.

Ötən mövsümə qədər Sky Sports kanalı bu hüquqa sahib idi. 2018-2019 mövsümünün oyunları isə bəzi onlayn platformalar tərəfindən yayımlansa da, izləyici toplaya bilməyib.

İyulun 25-nə qədər nəzərdə tutulan müddətdə heç kim yayım hüququnu almadığı üçün ingilislər və irlandlar bu mövsüm televiziyada ispan futbolunu izləyə bilməyəcəklər.

Qeyd edək ki, La Liqaya avqustun 16-da start veriləcək.

Son xəbərlər
14.04.25  19:32

Mbappe üzr istəyib

14.04.25  14:59

"Biz axmaq deyilik"