Klublararası dünya çempionatının vaxtı açıqlandı

Klublararası dünya çempionatının vaxtı açıqlandı
DÜNYA FUTBOLU 26 İyul 2019 / 15:00 3959
-  A +

Klublararası dünya çempionatının tarixi açıqlanıb.

Qol.az FİFA-nın rəsmi saytına istinadən  xəbər verir ki, Qətərdə keçiriləcək yarış dekabrın 11-də start götürəcək, dekabrın 21-də başa çatacaq.

Turnirə 7 klub qatılacaq. Artıq onlardan beşinin adı məlumdur. Bunlar “Liverpul” (İngiltərə), “Monterrey” (Meksika), “Esperans” (Tunis), “Əl-Sədd” (Qətər) və “Yeqen Sport”dur (Yeni Kaledoniya). Siyahıya Cənubi Amerikada Libertadores kubokunun və Asiya Çempionlar Liqasının qalibi də əlavə olunacaq.

Qeyd edək ki,  turnirin açılış oyununda “Əl Sədd”lə “Yeqen Sport” qarşılaşacaq.

Son xəbərlər
15.07.25  20:59

"Napoli"yə "hə" dedi