Tbilisi "Dinamo"sunun baş məşqçisi Feliks Visente Miranda UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Qəbələ"yə səfərdə 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib. İspaniyalı mütəxəssis əvvəlcə görüş haqda danışıb.
- Bugünkü matçda komandamı ən yaxşı formada gördüm. Fərqi yoxdur ki, kim neçə dəqiqə oynadı. Futbolçularımızın hamısı meydanda canlarını qoydular. Bu, istədiyimiz yoldur və ona davam edəcəyik.
- Oyundan öncə demişdiniz ki, 0:0 hesablı heç-heçə, hətta 0:1 hesablı məğlubiyyət sizi qane edəcək. İndiki nəticədən sonra nə düşünürsünüz?
- Əlbəttə, səfərdə 2:0 hesablı qələbə bizim üçün yaxşı nəticədir. Ancaq unutmamalıyıq ki, “Qəbələ” yaxşı rəqibdir. Əlimizdən gələni etməliyik ki, cavab matçında üstünlüyümüzü qoruyaq və növbəti mərhələyə keçən komanda biz olaq.
- Oyunu yaxşı oynasanız da, bəzi anlarda zəif çıxış etdiniz və "Qəbələ buna görə sizi cəzalandıra bilərdi...
- Bir qol daha artıq vura bilərdik. Açığı, rəqib də səviyyəli komandadır, yaxşı futbolçuları var. “Qəbələ” bizə tam rahat oynamağa imkan vermədi. Ancaq ümumilikdə istədiyimizi həyata keçirə bildik.
- Tbilisidə də burada olduğu kimi, hücum futbolu oynayacaqsınız, yoxsa heç-heçəyə?
- Hər matç üçün oyun modelimiz var. Bu gün yaxşı oynadıq və istədiyimiz nəticəni əldə etdik. Ancaq bizi qarşıda mükəmməl rəqiblə cavab matçı gözləyir. Buna 100 yox, 200 faiz hazır olmalıyıq ki, cütün qalibi biz olaq.
- Komandanız Gürcüstan Kubokunu nəzərə almasaq, 10 oyundur ardıcıl qalib gəlir. Bunun sirri nədir?
- Bizim üçün komanda ruhu önəmlidir. Ümumi amalımız var və bunun üçün vuruşuruq. Bu qələbə seriyasına görə bütün heyətimizi təbrik edirəm.
- “Qəbələ”nin yaxşı rəqib olduğunu durmadan qeyd edirsiniz. Hansı komponentlərdə diqqətinizi çəkdi ki, onu bəyəndiniz?
- “Qəbələ” çox kompakt, aqressiv oynayan komandadır. Fərdi oyun keyfiyyətləri ilə seçilən futbolçuları var. Hər an bizə təhlükə yarada bilər. Xüsusilə standart vəziyyətlərdə. “Qəbələ”nin yarımmüdafiə və hücum xəttini xüsusislə qeyd edərdim. Tbilisidəki matçda gərək topa daha çox nəzarət edən tərəf biz olaq ki, mərhələni keçək.
- Bunadək şansları bərabər dəyərləndirmişdiniz. İndi səmimi olsanız, şansları necə faiz qiymətləndirərsiniz?
- Yenə fikrimdə qalır və bunu səmimi şəkildə deyirəm. Bizə görə bu hesab çox təhlükəlidir. Bunu oyundan sonra paltardəyişmə otağında da komanda ilə müzakirə etdik. (report)
Budapeşt zəfəri - Video
"Daha yaxşısını etmək olardı" - Elmar Baxşıyev
Budapeştdə “Qarabağ”a möhtəşəm dəstək - Şəkillər
"Zirə" "Araz-Naxçıvan"la bərabərə qaldı
"Qarabağ" "Ferensvaroş"la oyuna bu heyətlə çıxır
Mourinyo Neymarın "Fənərbaxça"ya mümkün keçidindən danışdı
"Bavariya"nın təklifini rədd etdi, "Çelsi"yə istəyir
Burak Yılmaz Superliqa klubunun baş məşqçisi təyin olundu
"Zirə" - "Araz-Naxçıvan": Heyətlər
Mane rəqibə zərbə vurdu, qırmızı vərəqə aldı - Şəkil
Erik Bayinin yeni klubu müəyyənləşdi
"Mançester Siti" yeni transferini icarəyə verdi
Azərbaycanlı futbolçu Albaniya klubuna keçdi - Rəsmi
"Bayer" "Sevilya"nın futbolçusu ilə razılaşdı
"Milan"ın futbolçusu Premyer Liqa klubuna keçir
"Barselona" formalarını təqdim etdi - Yenilənir
Azərbaycan - Ukrayna oyununun biletləri satışa çıxarıldı
Juninyo "Flamenqo"dan ayrılmağa yaxındır
"İnter" futbolçusunu "Atalanta"ya satdı
Misli.az-da yeni futbol və basketbol mərcləri
"Roma" onu icarəyə göndərdi
"İnter"dən ani qərar
“Trabzonspor”dan ikinci qələbə
Superliqada mövsümün ilk baş məşqçi istefası
Azərbaycanın iki güləşçisi dünya üçüncüsü oldu
"Qarabağ"ın futbolçusu "Şamaxı"ya keçdi
Rahid Əmirquliyev klub rəhbəri oldu
"Tottenhem" kapitanı ilə müqaviləni uzatdı
Elçin Məsiyev də pley-off oyununa təyinat aldı
"Ferensvaroş"un futbolçusu "Qarabağ"la sabahkı oyun haqda
"Qarabağ"la "Ferensvaroş"un gücü eynidir" - Robbi Kin