"Bura qələbə qazanmağa gəlmişik" - Emin Mahmudov

"Bura qələbə qazanmağa gəlmişik" - Emin Mahmudov
XƏBƏR 24 İyul 2019 / 22:20 4705
-  A +

"Çox ciddi hazırlaşmışıq. Bizi çətin oyun gözləyir. Bura qələbə qazanmağa gəlmişik. Bunun üçün əlimizdən gələni edəcəyik. Ümid edirəm, evə müsbət nəticə ilə dönəcəyik”.

Qol.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin kapitanı Emin Mahmudov Avropa Liqasının ikinci təsnifat mərhələsində Rusiya "Arsenal"ı ilə oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.

O, daha sonra bildirib: "Məncə, bizdəki əcnəbilərlə "Arsenal”ın legionerləri arasında elə böyük fərq yoxdur. Rusiya çempionatının ikinci "8-liy”ində qərarlaşanlarla bizim legionerlər eyni səviyyədədirlər. Təbii ki, Rusiya top-klublarında legionerlər bizimkilərdən daha güclüdürlər. Kirill Kombarovla 2 il bir yerdə oynamışıq. Əlbəttə, sabah həm onunla, həm digər oyunçularla, həm də ikinci və üçüncü məşqçilərlə görüşüb, danışacağam. Çoxdandır əlaqə saxlamırıq. Köhnə dostlara qarşı oynamaq xoş olacaq”.


Son xəbərlər
18.04.25  22:46

"Yamal Messi deyil"

18.04.25  11:52

Messi gələcəyi haqda