İnyesta La Liqanın səfiri seçildi

İnyesta La Liqanın səfiri seçildi
DÜNYA FUTBOLU 23 İyul 2019 / 15:47 1962
-  A +

İspaniya millisinin və "Barselona"nın sabiq futbolçusu Andres İnyesta La Liqanın səfiri təyin edilib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə,  bu münasibətlə ona adının və La Liqanın yazıldığı 8 nömrəli forma təqdim olunub. Təqdimetmə mərasimində La Liqanın prezidenti Xavter Teba da iştirak edib.

Qeyd edək ki, hazırda Yaponiyanın "Vissel Kobe" klubunda oynayan İnyesta 2002-2018-ci illərdə "Barselona"da oynayıb. O, Kataloniya təmsilçisində 8 nömrəli forma geyinib.

 


Son xəbərlər
06.11.25  14:33

"Qarabağ"da şok itki