"Mançester Yunayted" Poqbanın qiymətini qaldırdı

"Mançester Yunayted" Poqbanın qiymətini qaldırdı
DÜNYA FUTBOLU 13 İyul 2019 / 16:59 4642
-  A +

"Mançester Yunayted" futbolçusu Pol Poqbanın qiymətini qaldırıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 26 yaşlı yarımmüdafiəçinin agenti Mino Rayolanın son açıqlamasından sonra klub bu qərarı verib. M.Rayola fransalı oyunçunun klubdan ayrılmaq istədiyini və ona haqq qazandırdığını söyləyib.

"MY" baş verənlərdən sonra Poqbanın qiymətini 170 milyon avrodan 200 milyon avroya yüksəldib.

Qeyd edək ki, Poqba ilə "Yuventus" və "Real"ın maraqlandığı iddia olunur.


Son xəbərlər
18.04.25  22:46

"Yamal Messi deyil"

18.04.25  11:52

Messi gələcəyi haqda