“Qarabağ” bu gün Tiranada “Partizani” ilə oyuna itkilərlə çıxacaq.
Matçın başlamasına bir neçə saat qalmış Qol.az-a məlum olub ki, komandanın müdafiə xəttində ciddi problemlər yaşanır. Bir neçə gün öncə Çexiya “Viktoriya”sı ilə yoxlama matçında əzələsi dartılan mərkəz müdafiəçisi Bədavi Hüseynovun həm bugünkü, həm də cavab matçını buraxacağı dəqiqləşib. B.Hüseynov yalnız avrokuboklarla ikinci təsnifat mərhələsinin ilk oyununa hazır ola bilər.
Amma komandanın müdafiə xəttində problemlər bununla yekunlaşmır. Sol cinah müdafiəçisi Donald Gerye hələ də “Qarabağ”ın düşərgəsinə qoşulmayıb. Bu səbəbdən Ağdam klubu onun da xidmətindən istifadə edə bilməyəcək. Ümumiyyətlə, haitili futbolçu başa çatan müqaviləsini bugünə kimi yeniləməyib və onun klubdakı taleyi qeyri-müəyyəndir.
Öncədən xəbər verildiyi kimi, yeni transfer, sol cinah müdafiəçisi Ailton Silva isə cəzalı olduğuna görə “Partizani” ilə ilk matçda meydana çıxa bilməyəcək. Bundan başqa, bir neçə gün öncə dizindən zədələnən kapitan Rəşad Sadıqovun ayağında ağrılar davam edir. Amma o, bugünkü görüşdə komandasına kömək edə biləcək.
Beləliklə, bu gün “Qarabağ”ın müdafiə xəttində sol cinahda Abbas Hüseynov, ortada Rəşad Sadıqov və Rahil Məmmədov, sağda isə Maksim Medvedyevin çıxış edəcəyi gözlənilir.
Xatırladaq ki, Çempionlar Liqasının birinci təsnifat mərhələsinin “Partizani” - “Qarabağ” oyunu bu gün Bakı vaxtı ilə saat 19.30-da başlanacaq.
"Bayer"də ciddi itki
Azərbaycan güləşçisindən bürünc medal - Dünya çempionatı
Sergey Milinkoviçlə müqavilə imzalandı
"Qəbələ" və "Zirə"nin əvəzedicilərindən böyükhesablı qələbə
De Brüyne "Qarabağ"a qarşı oynamayacaq
London klubu Kante ilə yeni müqavilə imzaladı
"Qızlar xarakter göstərdilər" - Siyasət Əsgərov
İqor Tudor “Yuventus”dan qovuldu
U-17 millimiz rəqibinə böyük hesabla məğlub oldu
Azərbaycan millisi Qazaxıstana yenə qalib gəldi
Vinisiusdan Yamala sərt sözlər
Azərbaycanda UEFA Pro kursunun IV mərhələsi başladı
Türkiyə klublarının Avropa qazancı
Kovaçiç “Mançester Siti”dən ayrılır?
Alvaro Karreras Yamalın driblinqinə münasibət bildirdi
İqor Tudorun “Yuventus”dakı gələcəyi sual altındadır
Azərbaycan kubokunun adı dəyişdirildi
100-cü oyun
Qvardiola: “Bu məğlubiyyət bizi daha da gücləndirəcək”
Azərbaycan kubokunda buhəftəki oyunların hakimləri açıqlandı
"Azərbaycanda oynayıramsa, "Qarabağ"ın uğuruna sevinməliyəm" - Portuqaliyalı legioner
"Qəbələ"nin 200-cü məğlubiyyəti
"Kəpəz"in uğursuzluq yubileyi
Andrade üçün əlamətdar oyun
“Bavariya”nın futbolçusu İngiltərə yolunda
Neymarın yeni ünvanı İtaliya ola bilər
"El-Klasiko"da vurulan qollar - Video