Messidən xeyirxah addım

Messidən xeyirxah addım
DÜNYA FUTBOLU 9 İyul 2019 / 17:48 6577
-  A +

Argentina millisinin və "Barselona"nın futbolçusu Lionel Messinin və ailəsinin sahibi olduğu Rosariodakı restoranda evsiz insanlar üçün aksiya təşkil edilib.  

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə,  iyulun 5-i başlanan aksiyanın daha 15 gün uzadılması planlaşdırılır. Aksiya çərçivəsində evsiz insanlara  isti yeməklər təklif olunur.

Restoranın meneceri Ariel Almada aksiya ilə bağlı deyib: "Bəzi insanlara biz qəhvə, alkoqolsuz içkilər, hətta şərab veririk.Bura bir çox ziyarətçi gəlib və hamısı nəzakətlə davranıblar. Biz bu aksiyanı daha 15 gün uzatmaq istəyirik".

Daha çox


Son xəbərlər
17.12.25  15:40

Levandovski MLS yolunda