"Qarabağ" bizdən üstün oynadı" - "Viktoriya"nın hücumçusu

"Qarabağ" bizdən üstün oynadı" -  "Viktoriya"nın hücumçusu
ÖLKƏ FUTBOLU 3 İyul 2019 / 00:35 4685
-  A +

"Qarabağ" topa nəzarət baxımından bizdən yaxşı idi və oyunun böyük hissəsində üstünlük onlarda oldu. Ancaq son 15 dəqiqəni biz daha yaxşı oynadıq. Hətta qələbə topunu da vura bilərdik".

Qol.az xəbər verir ki, bu sözləri Çexiya "Viktoriya"sının hücumçusu Ondrey Mixalik Plzen klubunun rəsmi saytına açıqlamasında deyib. Avstriyada ötən gün "Qarabağ"la bərabərə qaldıqları yoxlama oyununu dəyərləndirən 22 yaşlı futbolçu Ağdam təmsilçisinin qapısına vurduğu bərabərlik qolundan da danışıb:

"Həmin epizodda top bir qədər geriyə sıçradı. Qapıçının mənə tərəf qaçdığını görəndə yeganə düşüncəm topu onun başı üzərindən atmaq idi. Elə belə də oldu. Məhz bu vuruşu hazırlıq prosesində məşq etmişdim. Şadam ki, bu, komandama fayda verdi".

Qeyd edək ki, "Qarabağ" - "Viktoriya" oyunu 2:2 hesabı ilə başa çatıb. Ağdam klubu bundan əvvəl Bolqarıstan "Ludoqorets"inə 0:2 hesabı ilə uduzub, Rumıniya "Krayova"su ilə qolsuz bərabərə qalıb, Rusiya “Ufa”sına 2:1 hesabı ilə qalib gəlib.

Daha çox


Son xəbərlər
18.04.25  22:46

"Yamal Messi deyil"

18.04.25  11:52

Messi gələcəyi haqda