Azərbaycan güləşçisi Hacı Əliyev “Minsk 2019” II Avropa Oyunlarında bu gün qızıl medal uğrunda həlledici görüşə çıxıb.
Qol.az-ın məlumatına görə, yığmamızın liderlərindən biri - 3 qat dünya və 3 qat Avropa çempionu 65 kq) finalda Vladimir Xinceqaşvili (Gürcüstan) ilə üz-üzə gəlib. İdmançımız bu mərhələyədək Valodya Franqulyan (Ermənistan), George Koliyev (Belarus) və Xor Oqannesyana (Ukrayna) qalib gəlib. O, həlledici görüşdə rəqibini 4:0 üstələyərək qızıl medala sahib olub.
Bu, Azərbaycanın "Minsk-2019"da 2-ci qızıl medalıdır. Ötən gün sərbəst güləşçimiz Mahir Əmiraslanov (57 kq) çempion olmuşdu.
Qeyd edək ki, 97 kq çəkidə mübarizə aparan güləşçimiz Nurməhəmməd Hacıyev isə zədə səbəbindən həlledici görüşə çıxa bilməyib. Pəhləvanımız məcburiyyətdən gümüş medalla kifayətlənməli olacaq. Hacıyev bu günfinalda rusiyalı güləşçi Abdulrəşid Sadullayevlə qarşılaşmalı idi.
"İnter"dən yeni transfer
Millimizin Latviya ilə oyunöncəsi açıq məşqindən - Şəkillər
Toral millinin oyununa çıxmayacaq?
"Atalanta"nın yeni baş məşqçi təyinatı rəsmiləşdi
"Tottenhem" baş məşqçisi ilə yollarını ayırdı
Santuş kapitanlığı Emin Mahmudova qaytardı
Millimiz Qazaxıstana qalib gəldi
"Bizə qələbə lazımdır" - Emin Mahmudov
"Futbolçularımız çox istəklidirlər" - Fernandu Santuş
“Roma”da Qasperini dönəmi
"Atalanta" onunla razılaşdı
"Liverpul" bu qapıçını transfer edir
La Liqada mövsümün ən yaxşı oyunçusu seçildi
Bekhem "Cəngavər" adı alacaq
"Sabah"ın qapıçısı millidə 4 qol buraxdı
"Bavariya" futbolçusu ilə müqaviləni uzadır
Qattuzo istefaya göndərildi
"Mançester Siti"yə keçir - Açıqlama
Braziliya millisinin üzvü "Arsenal"da qaldı
"Real"ın yeni formaları - Şəkillər
"İnter"in yeni baş məşqçisi bəlli oldu
Mbappe daha bir rekordu qırdı