"Səbail"də braziliyalı müdafiəçi - rəsmi

"Səbail"də braziliyalı müdafiəçi - rəsmi
ÖLKƏ FUTBOLU 26 İyun 2019 / 14:55 4313
-  A +

"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az-ın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi Eriko Konstantino da Silvanı transfer edib. Braziliyalı mərkəz müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, ölkəsində "Rio Branko" və "Quaratinqeta" klublarının formasını geyinən 29 yaşlı futbolçunun karyerası daha çox Rumıniya çempionatı ilə bağlıdır. O, müxtəlif illərdə sözügedən ölkənin "Universitatya Kluj", "Panduri" və "Astra" klublarında çıxış edib.

Daha çox


Son xəbərlər
17.05.25  15:18

Ronaldo yeni klub alır