Avropa oyunlarında ilk medalımız

Avropa oyunlarında ilk medalımız
XƏBƏR 22 İyun 2019 / 18:33 2731
-  A +

Bu gün "Minsk 2019" II Avropa Oyunlarında akrobatika gimnastikası üzrə yarışlara da start verilib.

Qol.az xəbər verir ki, Azərbaycan turnirdəki ilk medalını da məhz bu idman növündə qazanıb. Akrobatika gimnastikası növündə qarışıq cütlərin dinamik hərəkətlər yarışında 28,830 xal toplayan Ruhidil Qurbanlı-Abdulla Əl-Məsaihi cütlüyü ikinci olaraq, "gümüş"ə sahib çıxıblar.

Qeyd edək ki, bu növdə yarışın qalibi 29,060 xalla Viktoriy Aksenova – Kirill Startsev (Rusiya) olub. Üçüncü yeri isə 28,810 xalla Artur Belyakov – Olqa Melnik (Belarus) cütlüyü tutub.

Daha çox


Son xəbərlər