"Mirabdulla və Bilalın məsələsi 1-2 günə həll olunacaq" - Aftandil Hacıyev

"Mirabdulla və Bilalın məsələsi 1-2 günə həll olunacaq" - Aftandil Hacıyev
ÖLKƏ FUTBOLU 17 İyun 2019 / 13:40 3133
-  A +

"Mirabdullanın məsələsi toplanışa kimi bilinəcək. Hazırda rəsmi danışıqlar gedir".

Bu sözləri Qol.az-a açıqlamasında "Səbail"in baş məşqçisi Aftandil Hacıyev deyib. "Neftçi"dən Mirabdulla Abbasovu heyətinə qatmaq istəyən Bakı klubu bir müddətdir futbolçunun meneceri ilə danışıqları davam etdirir. A. Hacıyev "Neftçi" ilə 1 illik müqaviləsi qalan forvardın "ağ-qaralar"dan ayrılmasını gözlədiklərini bildirib:

"Biz futbolçunun agenti ilə danışırıq. Müqaviləsindəki bəndə görə hərəkət edirik. Bizə demişdilər ki, həmin bəndə əsasən istədiyi kluba keçə bilər. Özünə də bildirmişik ki, azad agent kimi gəl, danışaq. Mirabdullaya öz təklifimizi etmişik. Yəqin ki, 1-2 günə bilinəcək. Çünki futbolçu "Neftçi" ilə təlim-məşq toplanışına qatılmayıb. Yəni, klubundan ayrılmaq məsələsi var. Özü klub rəhbərliyi ilə danışır".

A. Hacıyev mövsümün sonunda "Zirə" ilə müqaviləsi başa çatan Bilal Həmdinin də keçidində maraqlı olduqlarını təsdiqləyib: "Onun da agenti ilə danışıq gedir. Məsələ Bolqarıstan toplanışına kimi həllini tapacaq. Hər şey müsbətə doğru gedir. Böyük ehtimalla sonluq da müsbət olacaq".

Daha çox


Son xəbərlər