"Real"dan Hazarda qadağa

"Real"dan Hazarda qadağa
DÜNYA FUTBOLU 10 İyun 2019 / 00:05 8765
-  A +

"Real" "Çelsi"dən transfer etdiyi Eden Hazarda qadağa qoyub.

Qol.az-ın "AS" nəşrinə istinadən yaydığı xəbərə görə, "kral klubu" 28 yaşlı yarımmüdafiəçinin təqdimat mərasiminə qədər jurnalistlərlə ünsiyyətdə olmağını istəmir. Məsələ ilə bağlı Belçika Futbol Federasiyasına müraciət edən ispanlar Avro-2020-nin Şotlandiya ilə oyunuöncəsi və sonrası Hazardın KİV-ə hər hansı mövzuda müsahibə, açıqlama verməməsini xahiş edib.

Qeyd edək ki, sözügedən qarşılaşma iyunun 11-də olacaq. Hazardın təqdimat mərasimi isə iyunun 13-də "Santyaqo Bernabeu" stadionunda keçiriləcək.

Son xəbərlər