Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Qol.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, Konqo əsilli fransalı futbolçu Kevin Kubemba bundan sonra paytaxt təmsillçisinin uğurları üçün çalışacaq. 26 yaşlı hücumçu ilə 2 illik müqavilə bağlanıb.
Karyerası ərzində Fransanın “Amyen”, “Lill”, “Brest”, “Bur-an Bress”, Belçikanın “Sent-Trüden”, Bolqarıstanın ÇSKA (Sofiya) komandalarının şərəfini qorumuş Kubemba, son mövsümdə Azərbaycanın “Səbail” klubunda çıxış edib.
Qeyd edək ki, bu, "Sabah"ın yay fasiləsində 2-ci transferidir. Klub bundan əvvəl Cavid Tağıyevi də heyətinə cəlb edib.
"Qalatasaray" zədəli futbolçuları ilə bağlı məlumat yaydı
“Mançester Yunayted” Balebanı transfer edə bilər
“Barselona”nın hücumçusu yenidən yaşıl meydanlara qayıdır
"Kəpəz" Azərbaycan millisinin sabiq qapıçısını transfer etdi
Klublar “Real”ın bu hücumçusu üçün yarışa girir
“Mançester Siti” almaniyalı gənc futbolçuya göz dikdi
Yüksək Liqada böyük hesablı qələbələr
“Monako” Poqbanın dönüşünü səbirsizliklə gözləyir