Bundesliqanın ən yaxşı oyunçusu seçildi - 3-cü dəfə

Bundesliqanın ən yaxşı oyunçusu seçildi - 3-cü dəfə
DÜNYA FUTBOLU 4 İyun 2019 / 21:59 2598
-  A +

"Borussiya"nın hücumçusu Marko Roys Almaniya Bundesliqasında 2018/2019 mövsümünün ən yaxşı futbolçusu seçilib.

Qol.az-ın Dortmund klubunun saytına istinadən yaydığı xəbərə görə, o, Bundesliqanın oyunçuları arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, 1-ci (31.4 faiz səs) olub.

Beləliklə, 30 yaşlı kapitan karyerası ərzində 3-cü dəfə Almaniya çempionatının ən yaxşısı adına kayiq görülüb.

Qeyd edək ki, Roys ötən mövsüm Bundesliqada 27 matçda 17 qol vurub, 10 qolun ötürməsini verib.


Son xəbərlər
05.07.25  12:04

O pulu ailəsi alacaq

05.07.25  10:06

Hara gedirsən, Benzia?