La Liqada şübhəli oyun

La Liqada şübhəli oyun
DÜNYA FUTBOLU 4 İyun 2019 / 14:45 3921
-  A +

İspaniya polisi La Liqanın son turunda keçirilən "Valyadolid" - "Valensiya" oyunu ilə bağlı araşdırma aparır.

Qol.az  "El Mundo"ya istinadən xəbər verir ki, meydan sahiblərinin 7 futbolçusu oyun alqı-satqısında  şübhəli bilinir. 

Futbolçuların "Valyadolid"in hər iki hissədə məğlubiyyətinə pul qoyuluşu etdikləri, 10 min avro məbləğində mərcə girərək, nəticədə bu məbləğin 2 qatını qazanıqları bildirilir.

Qeyd edək ki, qarşılaşma "Valensiya"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər
14.06.25  12:29

"Zirə"də 2 ayrılıq