“Zirə” daha bir futbolçu ilə yolları ayırıb.
Qol.az-ın klubun rəsmi “Feysbuk” səhifəsinə istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi Vüqar Mustafayevlə əməkdaşlığa son qoyub.
Vüqar “Zirə”dən ayrılan 9-cu futbolçudur. “Qartallar” ona qədər Budaq Nəsirov, Kamal Bayramov, Sadiq Quliyev, Pərdis Fərcad-Azad, Miloş Radivoyeviç, Aleksandr Dedov, Sadio Tounkara, İsmael Fofana və Dilan Duventru ilə vidalaşıb.
Mustafayev 2016-cı ildən “Zirə”nin formasını geyinirdi. O, “qartallar”ın heyətində meydana çıxdığı 89 oyunda 1 dəfə fərqlənib.
Artıq Vüqarın yeni klubu məlumdur. O, “Sumqayıt”la 1 illik müqavilə imzalayıb. Məlumatı klubun rəsmi saytı yayıb. Yarımmüdafiəçi “gənclik şəhəri” təmsilçisində 6 nömrəli formada çıxış edəcək.
"Qalatasaray" zədəli futbolçuları ilə bağlı məlumat yaydı
“Mançester Yunayted” Balebanı transfer edə bilər
“Barselona”nın hücumçusu yenidən yaşıl meydanlara qayıdır
"Kəpəz" Azərbaycan millisinin sabiq qapıçısını transfer etdi
Klublar “Real”ın bu hücumçusu üçün yarışa girir
“Mançester Siti” almaniyalı gənc futbolçuya göz dikdi
Yüksək Liqada böyük hesablı qələbələr
“Monako” Poqbanın dönüşünü səbirsizliklə gözləyir
Arda Güler İngiltərə klubunun hədəfində
Azərbaycan yığması geridönüş etdi
Neymarın atası Pelenin brend hüquqlarını satın aldı
Toral və Elvinin durumu necədir?
"Qarabağ"da itki - 2-3 ay oynamayacaq