"Kuboku qazanmaq onun yanından keçməkdən yaxşıdır. Özümü rahat hiss edirəm. Azarkeşlərimizə və futbolçularımıza görə çox sevinirəm. Keçirdiyim əsas hiss rahatlama duyğusudur".
Qol.az-ın məlumatına görə, bu sözləri "Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının finalında "Tottenhem"i 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib. Jurnalistlər qarşısına pivə şüşəsi ilə çıxan alman mütəxəssis əvvəlcə təəssüratlarını bölüşüb:
"Liverpulda gəzəndə bu oğlanların nə etdiyini daha yaxşı anlayacağıq. Bu, çətin mövsüm üçün gözəl sonluq oldu. Böyük rahatlıq hiss edirəm. Həm də ailəmə görə. Son 6 finaldan gümüş medalla ayrılmışdıq ki, bu da yaxşı hal deyil".
Oyunla bağlı da fikirlərini açıqlayan Klopp qapıçı Alisson Bekerin çıxışını qeyd edib: "Görüşün sonlarında Alisson bir neçə seyv etməli oldu. O, keçilməz idi. Niyə qalib gəldiyimizi izah etmək fikrim yoxdur. Qələbədən zövq almaq istəyirəm.
Futbolçulara, ailəmə görə sevinirəm. Əlbəttə, öz uğuruma görə şoka düşəcəyim an da olacaq. Çox emosional anlardır. Amma mən gözlədiyimdən sakitəm. Kuboka toxunmaq mənim üçün elə də vacib deyildi. Onu futbolçularımın əlində görmək daha xoş idi".
Sumqayıtdakı qol şousu, qırmızı vərəqə, penalti - Video
Qurban Qurbanovdan “Bu Şəhərdə”nin səhnəciyinə münasibət
"Qarabağ"ın hakim köməyinə ehtiyacı yoxdur" - Saşa İliç
"Arada hirslənmək lazımdır" - Qurban Qurbanov
FİFA Ronaldoya görə posteri dəyişdi
"Qarabağ" "Sumqayıt"a, "Kəpəz" "Karvan-Yevlax"a qalib gəldi
Türkiyədə mərc oyunları ilə bağlı yeni əməliyyat
"Səbail"in xal itkisi - Video
Flik Messinin "Barselona"ya mümkün qayıdışı haqda
FİFA Türkiyə klubunu cəzalandırdı
Güləşçilərimizdən 1 qızıl, 1 gümüş, 2 bürünc medal
"Sumqayıt" - "Qarabağ": Heyətlər
Yevlaxda vurulan qollar - Video
"Sonuncu pillədən qurtulmaq şərt deyil" - Azər Bağırov
"Səbail" "Baku Sportinq"lə heç-heçə etdi
Azərbaycan millisi Banqladeşə bu heyətlə gedir
Azərbaycan Premyer Liqasında qəribə olay - Video
“Sumqayıt” - “Qarabağ” oyununun biletlərinin çoxu satılıb