Valverde və 12 futbolçu "Barselona"dan gedir

Valverde və 12 futbolçu "Barselona"dan gedir
DÜNYA FUTBOLU 1 İyun 2019 / 16:54 8316
-  A +

"Barselona" heyətlə bağlı ciddi dəyişikliklərə hazırlaşır.

Qol.az-ın "goal.com"a istinadən yaydığı xəbərə görə, Kataloniya təmsilçisi başda baş məşqçi Ernesto Valverde olmaqla, 12 futbolçu ilə yollarını ayıracaq. Qapıçı Yasper Silessen, müdafiəçilər Samuel Umtiti, Ceyson Murilyo, Jan-Kler Todibo, Tomas Vermalen, yarımmüdafiəçilər Filipe Koutinyo, Denis Suarez, Rafinya, Andre Qomeş, İvan Rakitiç, hücumçular Kevin-Prins Boatenq və Malkomun ispan klubunu tərk edəcəyi gözlənilir.

Qeyd edək ki, geridə qalan mövsümdə La Liqanı qazanan "Barselona", Çempionlar Liqasında yarımfinalda, İspaniya Kral Kubokunda isə finalda uduzub.

Son xəbərlər
22.08.25  14:44

"Bavariya"dan PSV-yə