“Türkiyədə insanlar futbol xəstəsidir. Demək olar ki, hər oyunda stadion dolur. Rusiyada isə ikinci səkkizlikdə qərarlaşan komandalar o qədər də populyar deyil. “Rubin” – “Anji” oyununa nə qədər azarkeş gəlmişdi? Türkiyədə belə hallar yalnız federasiya klubun tribunlarını bağlayanda baş verir”.
Qol.az xəbər verir ki, bu sözləri “Krılya Sovetovun azərbaycanlı futbolçusu Ramil Şeydayev Rusiyanın “sport24.ru” saytına geniş müsahibəsində deyib. Rusiya və Türkiyə futbolunu müqayisə edən millimizin üzvü türk azarkeşlərin çılğınlığından danışıb:
“Türkiyədə fanatlar yaxşı mənada psixdirlər. Bir dəfə səfərdə “Qalatasaray”ı udmuşduq. Yerli azarkeşlər dəli olmuşdu. Bizə su şüşələri atırdılar. Prinsipial oyunlar çox çətin keçir. Ancaq adamlar azarkeşlik etməyi də bacarırlar. Stadion ümumiyyətlə susmur. Daim mahnı oxuyurlar. Trabzonda futboldan başqa məşğuliyyət yoxdur. Yəqin ki, Türkiyənin ən darıxdırıcı şəhərlərindən biridir. Futbolçusansa, hamı səni tanıyır. Uduzmusansa, ən yaxşısı evdən küçəyə çıxmamamaqdır. Udsan da, çıxma. Çünki adi kafedə belə oturmaq olmur. Hamı yaxınlaşır, şəkil çəkdirir, avtoqraf istəyir”.
Şeydayev “Qarabağ”dakı karyerasını da yada salıb: “Azarkeşlər stadiona gəlirlər. Hətta Çempionlar Liqasında oyunumuza 50 min adam toplaşmışdı. Yerli çempionat matçlarında isə stadionda 2-3 min və daha az azarkeş olur. Azərbaycanda futbol hələ inkişaf mərhələsindədir”.
Yenidən Avropada oynamağı arzulayan Şeydayev Türkiyə və Slovakiyada çıxış etmək istəmir: “Məsələn, İspaniya və Almaniya ola bilər. Aydın məsələdir ki, söhbət top-klublardan getmir. Ancaq təklif gəlsə, dərhal razılaşaram. Hər şey məndən və oyunumdan asılıdır”.
“Spartak”ın yarımmüdafiəçisi Ayaz Quliyevlə münasibətlərindən də söz açan millimizin hücumçusu azərbaycanlı oyunnçunun bir müddət öncə Moskvada ABŞ-lı turisti vurmasına münasibət bildirib: “Ayaz “Spartak”da, mən isə “Zenit”də yetişsəm də, onunla qardaş kimiyik, Həmin vəziyyətdə mənəvi olaraq ona dəstək verərdim ki, ruhdan düşməsin. Ayaz səhv etdiyini özü də başa düşür. Əsas olan da budur. O, özü də deyir ki, dəlilik edib. Şadam ki, sonda hər şey yaxşı qurtardı. Mən özüm də çılğın insanam. Bilmirəm, həmin vaxt necə hərəkət edərdim. Ayazın niyə elə davrandığını bilmirik. Bəlkə də evdə problemləri olub. Sevinirəm ki, bir daha belə hadisənin olmayacağına söz verib”.
Son vaxtlar qol vura bilməməsinin onu narahat etmədiyini deyən Ramil Almaniya futbolunun əfsanələrindən Miroslav Klozeni misal göstərib: “Bəzən belə şeylər olur ki, hücumçular ardıcıl qollar vurur, amma sonra dayanırlar. Əsas boşalmamaq və məşqlərdə çox işləməkdir. Hətta Kloze kimi forvardın da 10 oyunluq qolsuzluq seriyası olub. Uşaqlıqdan bu, mənim yadımdadır. Məncə, hazırda əvvəlkindən də yaxşı formadayam. Çünki daim meydana çıxıram, daha çox oyun təcrübəm var”.
Dinə hər gün daha çox bağlandığını söyləyən futbolçu islam adətləri ilə ailə qurmaq istədiyini vurğulayıb: “Komandaya istirahət veriləndə oruc tuturam. Oyun və məşq vaxtı çətin olur. Hər il, hətta hər gün dinə daha çox yaxınlaşıram və hansısa məqamları başa düşürəm. İslam adətləri ilə evlənmək istəyirəm. Bizdə elədir ki, bu gün heç nə yoxdur, sabah isə ailə qurursan. Buna görə də nəyisə təxmin etmək istəmirəm. 5 il görüşüb, 2 il birlikdə yaşayıb, daha sonra ayrılmaq mənə görə deyil. Hər şeyin öz vaxtı var”.
"Şahdağ Qusar"ın qələbəsindən - Video
Yamal: "Həmişə qaçmaq lazım deyil"
Millimiz son dəqiqələrdə qələbəni əldən verdi
"Şəfa"nın futbolçusundan penta-trik - Video
"Mançester Siti" de Brüyneni kimlə əvəz edəcək?
"Fiorentina" De Xeanın maaşını ikiqat artırmağa hazırdır
Qələbə qolunu 90+2-də vurdular - Video
İspan klubunda yumruq davası - Şəkil
Millimizin UEFA İnkişaf Turniri üçün heyəti bəlli oldu
"Şəfa"dan 6 qol, "Qusar" və "Şahdağ Qusar"dan qələbə
Enrike: "Çempionlar Liqasında dayanmaq fikrində deyilik"
“Qəbələ” Premyer Liqada da iddialı olacaq” – Elvin Yunuszadə
Premyer Liqa tarixində antirekord
Fransa klubu baş məşqçisini istefaya göndərdi
2-ci liqada “Ayın qolu”nun qalibi mükafatlandırıldı
ÇL-in oyunlarını yayımlayacaq kanallar
De Brüyne bu kluba keçmək istəyir
Prosineçki məhkəmə qarşısında
Kadinin durumu bəlli oldu
1-ci liqa klubuna texniki məğlubiyyət verildi
AFFA azarkeşi vurmağa cəhd edən futbolçunu cəzalandırdı
Beş güləşçimiz mübarizəyə başlayır, üçü üçün "bürünc" şansı
Emil Balayev: “Neftçi” üçün rəqibin kimliyi önəm daşımır”
Ramil Şeydayev 67-ci oldu
Haaland yaxında "Mançester Siti"dən ayrıla bilər
"Beşiktaş" 2 xalı bu cür əldən verdi - Video
"Napoli"dən xal itkisi
“Beşiktaş” yenə xal itirdi
Millimizin üzvünün komandası uduzdu
Avropa çempionatında 3 "bürünc" şansı
"Araz-Naxçıvan" "Sumqayıt"ı belə üstələdi - Video
Vaqif Cavadovdan məğlubiyyət şərhi
ÇL-də 1/4 final oyunlarının hakimləri açıqlandı
Van Deyk: "Liverpul"la danışıqlarımda irəliləyiş var"
Ramil Şeydayev və Filip Ozobiçin qolları - Video
"Monteneqroya qələbə üçün gəlmişik" - Siyasət Əsgərov
"Mövsümün sonu gərgin keçəcək" - Ayxan Abbasov
"Qızıl top", yoxsa Çempionlar Liqası? - Mbappe seçdi
"Araz-Naxçıvan" - "Sumqayıt": Heyətlər