"Fənərbaxça"dan qələbə, "Bursaspor" birinci liqaya düşdü - Son tur

"Fənərbaxça"dan qələbə, "Bursaspor" birinci liqaya düşdü - Son tur
ÖLKƏ FUTBOLU 26 May 2019 / 22:16 4875
-  A +

Türkiyə Superliqasında 2018-2019 mövsümünə yekun vurulub.

Qol.az xəbər verir ki, 34-cü turun son oyun günündə 4 qarşılaşma keçirilib.

"Fənərbaxça" doğma azarkeşləri önündə "Antalyaspor"u məğlub edib - 3:1. Bu qələbədən sonra xallarını 46-ya çatdıran İstanbul təmsilçisi çempionatı 6-cı pillədə bitirib.

Superliqada qalmaq uğrunda mübarizə aparan "Göztəpə" və "Bursaspor" da mövsümü qələbə ilə başa vurub. Bu nəticə birinciləri elitada saxlasa da, Bursa təmsilçisi birinci liqaya düşüb.


26 may

"Fənərbaxça" - "Antalyaspor" - 3:1
Qollar:
M. Zayts, 13 (1:0), M. Erdinc, 33 (1:1), E. Elmas, 69 (2:1), V. Mozes, 90+1

"Göztəpə" - "Ankaragücü" - 2:1
Qollar:
A. Öztürk, 14 (1:0), M. Pazdan, 74 (1:1), D. Kadah, 84 (2:1)

"Kayserispor" - "Ərzurumspor" - 0:2
Qollar:
T. Antalyalı, 12 (0:1), G. Sunu, 43 (0:2)

"Yeni Malatyaspor" - "Bursaspor"- 1:2
Qollar:
Y. Ərdoğan, 4 (0:1), U. Nayir, 20 (0:2), A. Kamara, 61


Qeyd edək ki, "Qalatasaray"ın çempion olduğu mövsümdə "Başakşəhər" gümüş, "Beşiktaş" isə bürünc medallara sahib çıxıb. "Bursaspor"la yanaşı, "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçin formasını geyindiyi "Ərzurumspor" və "Akhisar" da Superliqa ilə vidalaşıb.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı