"Barselona" 9 futbolçu ilə yolları ayırır - İddia

"Barselona" 9 futbolçu ilə yolları ayırır - İddia
DÜNYA FUTBOLU 26 May 2019 / 17:35 8549
-  A +

İspaniya Kral kubokunun finalında "Valensiya"ya uduzan "Barselona" heyətlə bağlı köklü dəyişikliyə hazırlaşır.

Qol.az-ın "Sport" nəşrinə istinadən yaydığı xəbərə görə, Kataloniya təmsilçisi 9 futbolçu ilə yollarını ayırır. Klub rəhbərliyinin Yasper Silessen, Ceyson Murilya, Tomas Vermalen, Samuel Umtiti, Rafinya, İvan Rakitiç, Malkom, Filipe Koutinyo və Kevin Prins Boatenqlə vidalaşacağı bildirilir.

Bundan başqa, komandanın baş məşqçisi Ernesto Valverdenin də istefaya göndəriləcəyi gözlənilir. İddiaya görə, "Barselona"nın prezidenti Xosep Bartomeu və Lionel Messi ispan mütəxəssisin komandada qalmasını istəmir.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı