“Neftçi”nin növbəti oyununun vaxtı dəyişdirildi

XƏBƏR 5 İyul 2010 / 15:38 1750
-  A +

Avstriyanın Tirol əyalətinin Erpfendorf qəsəbəsində təlim-məşq toplantısını davam etdirən “Neftçi” iyulun 6-da növbəti yoldaşlıq görüşü keçirəcək. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, flaqman Rumıniya “Otselul”u ilə qarşılaşacaq.

Öncədən oyunun iyulun 7-də təşkili planlaşdırılırdı. Lakin komandaların qarşılıqlı razılığı əsasında matç bir gün əvvələ salınıb.

Qeyd edək ki, “Neftçi” ilk yoxlama matçında Türkiyənin “Beşiktaş” klubu ilə üz-üzə gəlib. İstanbul nəhənginin bütün oyunçularının iştirak etdiyi qarşılaşma heç-heçə ilə nəticələnib – 1:1. “Neftçi”nin qolunu 24-cü dəqiqədə Ruslan Abışov vurub. “Beşiktaş”dan isə 83-cü dəqiqədə İbrahim Kaş fərqlənib.


Son xəbərlər