"Qalatasaray"da ilk ayrılıq - Rəsmi

"Qalatasaray"da ilk ayrılıq - Rəsmi
DÜNYA FUTBOLU 25 May 2019 / 22:00 6081
-  A +

"Qalatasaray"dan ayrılan ilk futbolçu müəyyənləşib.

Qol.az-ın "ntvspor"a istinadən yaydığı xəbərə görə, İstanbul klubu ilə müqaviləsi başa çatan Ərən Dərdiyok komanda ilə vidalaşıb. Bu barədə futbolçu özü şəxsi "İnstaqram" hesabında məlumat verib. Vida mesajı paylaşan türk əsilli isveçrəli forvard azarkeşlərə təşəkkür edib.

Qeyd edək ki, 2016-cı ilin yayından "Qalatasaray"da çıxış edən 30 yaşlı futbolçu 84 oyunda 26 qol vurub. O, qış fasiləsində Fatih Terimin qərarı ilə əvəzedici komandaya göndərilmişdi.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın