Rüfət baş məşqçisiz qaldı

Rüfət baş məşqçisiz qaldı
ÖLKƏ FUTBOLU 19 May 2019 / 11:12 1792
-  A +

Milli komandamızın hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Proyssen" klubu baş məşqçisi Marko Antverpenlə yollarını ayırıb.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 3-cü bundesliqanın 38-ci turunun "Zvikkau" ilə oyunu (0:2) almaniyalı mütəxəssis üçün sonuncu olub. Klub rəhbərliyi 47 yaşlı çalışdırıcının başa çatan müqaviləsini yeniləməyib.

Qeyd edək ki, Antverpen 2017-ci ilin yayından "Proyssen"i çalışdırırdı. Münster təmsilçisi bu mövsümü 8-ci pillədə başa vurub.

Daha çox


Son xəbərlər