"Real" "Yunayted"i qabaqlayıb 1-ci oldu

"Real" "Yunayted"i qabaqlayıb 1-ci oldu
DÜNYA FUTBOLU 16 May 2019 / 17:49 4374
-  A +

Brand Finance agentliyi  dünyanın ən bahalı futbol markalarının  yeni reytinq cədvəlini tərtib edib.

Qol.az-ın məlumatına görə, siyahının ilk pilləsində 1,646 milyard avro marka dəyəri olan "Real" qərarlaşıb. Madrid klubu son reytinqlə müqayisədə "Mançester Yunayted"i qabaqlayaraq birinci pilləyə yüksəlib.

"Qırmızı şeytanlar" ikinci (1,472 milyard), "Barselona" (1,393) üçüncü pillədə yer alıb. Siyahının növbəti pillələrində müvafiq olaraq "Bavariya" (1,314), "Mançester Siti" (1,255), "Liverpul" (1,191), "Çelsi" (968 milyon), PSJ (914 ), "Arsenal" (885), "Tottenhem" (758) qərarlaşıb.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi