“Mançester Yunayted”dən ayrılıb, PSJ-yə keçir

“Mançester Yunayted”dən ayrılıb, PSJ-yə keçir
DÜNYA FUTBOLU 15 May 2019 / 18:16 3419
-  A +

Mövsümün sonunda “Mançester Yunayted”dən ayrılacağını açıqlayan Ander Herrera karyerasını Fransada davam etdirəcək.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ilə PSJ danışıq aparır. Tərəflərin razılığıa gəldiyi bildirilir. Herrera Paris təmsilçisiylə 4 illik müqavilə imzalayacaq.

İspaniyalı yarımmüdafiəçinin PSJ-də həftəlik 345 min avro qazanacağı iddia olunur. O, PSJ-yə azad agent kimi keçəcək.

Son xəbərlər