Növbəti mövsümdən İngiltərə Premyer Liqasında VAR sistemi tətbiq olunacaq.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı məlumata görə, artıq bununla bağlı işlərə start verilib. İngiltərəli sabiq hakim Mayk Rayli hazırlıqların davam etdiyini bildirib:
“VAR-ın məqsədi səhvlərin qarşısını almaqdır. Ancaq oyunları bu otaqdan idarə etmək fikrimiz yoxdur. Son qərarı həmişəki kimi, meydandakı hakim verəcək. Premyer Liqanın bu sistemdən ən yaxşı şəkildə yararlanmasını istəyirik. Gözləntilərimiz çox yüksəkdir".
Rayli VAR araşdırması üçün maksimum 90 saniyə vaxt ayırılacağını söyləyib: "Ən yaxşı rakursu tapmaq üçün epizodu dəqiqələrlə incələmək olar. Lakin Premyer Liqa oyununu bu qədər müddətə saxlamaq olmaz”.
Qeyd edək ki, ingilislər sözügedən sistemi artıq sınaqdan keçiriblər. Premyer Liqanın sonuncu - 38-ci turunda VAR otağından eyni vaxtda 10 oyun izlənilib.
"Bavariya" Noyeri itirdi
"Milan"da yeni müqavilə
Messinin rekordunu qırdı
Zubirin yubiley oyunu
“Arsenal” Bundesliqada çıxış edən qapıçı ilə maraqlanır
"Real" bəzi futbolçuları ilə sağollaşmağa hazırlaşır
İngiltərə klubunda yeni antirekord
“Qarabağ”dan möhtəşəm qələbə - Video
"Mançester Siti"dən inamlı qələbə, Haaland dubl etdi
Türkiyədə baş məşqçi klubu tərk edir
“Kadinin yoxluğu təsirsiz ötüşmür” - Qurban Qurbanov
Azərbaycanın dünya boksunda 8-ci qızılı
“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz-Naxçıvan”a qalib gəldi
Qurbanova GÖZƏL dəstək
"Milan" liderlik yolunda büdrədi
"Barselona" klubu ərəb şahzadəsinə satıla bilər
La Liqada oyun təxirə salındı
Tahir Gözel Əkbərlə görüşdü