"Qəbələ" "Monako"ya uduzub, 10-cu oldu

"Qəbələ" "Monako"ya uduzub, 10-cu oldu
ÖLKƏ FUTBOLU 12 May 2019 / 20:20 1527
-  A +

“Qəbələ”nin 17 yaşadək futbolçulardan ibarət komandası Fransada təşkil olunan “Snaf Mondial Cup”da çıxışını başa vurub.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” yarışın sonuncu günündə 9-10-cu yerlər uğrunda oyunda qüvvəsini sınayıb. Zaur Hacıyevin baş məşqçisi olduğu komanda “Monako” ilə üz-üzə gəlib. Matçın taleyini bir qol həll edib. Qalib gələn “Knyazlıq klubu” 9-cu, “Qəbələ” isə 10-cu yeri tutub.

Xatırladaq ki, San Nazer şəhərində təşkil olunan yarışa A qrupunda başlayan “Qəbələ” bu mərhələdə “Monako”ya 0:3, “Anje” (hər ikisi Fransa) və “Benfika”ya (Portuqaliya) eyni – 0:1 hesabı ilə uduzub. Komandamız 9-16-cı yerlər uğrunda mübarizədə “Brest”i 1:0, “Tuluza”nı (hər ikisi Fransa) 1:1 hesabı ilə başa çatan matçın penaltilər seriyasında məğlub edib – 3:2.

Daha çox


Son xəbərlər
15.05.24  12:50

Tovuzda master-klass