"Çempionluq asan olmadı" - Qurban Qurbanov

"Çempionluq asan olmadı" - Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 11 May 2019 / 20:06 2917
-  A +

"Əlbəttə, sevindirici haldır. Çempionluğu daha əvvəl rəsmiləşdirməyimizə baxmayaraq, yenə də sevinirik".

Qol.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının 28-ci turunun "Neftçi" ilə oyunundan (3:2) sonra "CBC Sport"a açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Çempionluğu şərh edən təcrübəli mütəxəssis bugünkü qarşılaşma ilə bağlı da qısaca fikirlərini bildirib:

"Oyuna ciddi hazırlaşmışdıq. Təkcə qalib gəlmək yox, azarkeşlər üçün yaxşı futbol göstərmək istəyirdik. Futbolçular bunu bacardılar. Rəhbərliyi, azarkeşlərimizi təbrik edirəm. Həmçinin "Neftçi"ni də. Yaxşı mübarizə apardılar. Bizim üçün asan olmadı".

Daha çox


Son xəbərlər