Mirabdulla "Səbail"ə keçir? - baş məşqçidən açıqlama

Mirabdulla "Səbail"ə keçir? - baş məşqçidən açıqlama
ÖLKƏ FUTBOLU 11 May 2019 / 18:54 3931
-  A +

"Neftçi"nin hücumçusu Mirabdulla Abbasov karyerasını "Səbail"də davam etdirə bilər.

Qol.az-ın məlumatına görə, bu barədə "dənizçilər"in baş məşqçisi Aftandil Hacıyev "Keşlə" ilə oyundan (1:4) sonra keçirilən mətbuat konfransında məlumat verib. O, bildirib ki, futbolçunun özü ilə şifahi danışıq olub:

"Hələ ki, rəsmi formada danışıq olmayıb. Mirabdullanın özüylə danışmışıq. Qarşıdakı günlərdə bu məsələyə aydınlıq gələcək. Müqavilə şərtləri müzakirə olunduqdan sonra nəsə deyə bilərik. Ancaq belə kompensasiya ödəniləcəksə, əlbəttə ki, Mirabdullayla sözləşmə uzun müddətə imzalanacaq".

Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan Mirbabdullanın "ağ-qaralar"la 1 illik müqaviləsi var.

Daha çox


Son xəbərlər