Karateçimiz Yunanıstanda birinci oldu - Şəkillər

Karateçimiz Yunanıstanda birinci oldu - Şəkillər
XƏBƏR 7 May 2019 / 16:00 1580
-  A +

Mayın 3-5-i aralığında Yunanıstanın Limassol şəhərində Karate 1 Premyer Liqa yarışı keçirilib.

Qol.az xəbər verir ki, mötəbər yarışa 58 dövlətdən 1583 idmançı qatılıb. Təhsil Respublika İdman Mərkəzinin Karate üzrə yığma komandasının üzvü Hüseyn Məmmədli milli komandanın heyətində turnirdə 63 kq çəki dərəcəsində öz qüvvəsini sınayıb. Hüseynin çəkisində 76 idmançı mübarizə aparıb.
 
Yarış ərzində 6 döyüş keçirən Hüseyn sonda qalib olub. O, əvvəlcə İspaniya, Cənubi Afrika, Almaniya, Yunanstan və Misir, finalda isə Latviyadan olan rəqiblərini məğlub edib.

İdmançılarımız mayın 6-da Vətənə qayıdacaqlar və saat 21:00-də Heydər Əliyev adına hava limanında qarşılanma mərasimi olacaq.



Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın