"Qəbələ"nin prezidenti Fariz Nəcəfov Azərbaycan kubokunun 1/2 final mərhələsinin "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları cavab oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç haqda danışıb.
- Gözləyirdik ki, maraqlı oyun keçəcək. Belə də oldu. Komandamı təbrik edirəm. Həmişə axıra kimi gəlsək də, son nöqtəni qoya bilməmişik. Ümid edirəm ki, finalda daha yaxşı oyun göstərib qələbə qazanacağıq.
- 2 top buraxandan sonra komandanıza inanırdınız?
- Həmişə komandama axıra kimi inanmışam. Bütün nəticələrdə, uduzsaq da, udsaq da, hər zaman inanmışam. İnanmasaq, onda, işimizi davam etdirməyin məqsədi, mənası olmur.
- Finalda kimi görmək istəyərdiniz?
- Fərqi yoxdur.
- Finalın Naxçıvanda keçirilməsinə münasibətiniz necədir?
- Artıq qərar qəbul olunub. Bununla bağlı nəsə deməyim yanlış olar. Əvvəlcədən fikrimiz soruşulmayıb. Ona görə də, harada olmağından asılı olmayaraq, matça maksimum hazırlaşmalıyıq.
- "Qəbələ" kuboku qazansa, gələn mövsüm iddialarını saxlaya bilər? Büdcənin azaldılacağı, komanda iddiasını itirəcək kimi söhbətlər var.
- Bu barədə heç nə danışa bilmərəm. Kubokun və ya çempionatın bizim qərarlarımıza heç bir təsiri olmayacaq. Əvvəlcədən planlaşdırdığımız kimi gedirik. Komandanın gələcək taleyi ilə də bağlı yaxın günlərdə açıqlama veriləcək.
"Qalatasaray" zədəli futbolçuları ilə bağlı məlumat yaydı
“Mançester Yunayted” Balebanı transfer edə bilər
“Barselona”nın hücumçusu yenidən yaşıl meydanlara qayıdır
"Kəpəz" Azərbaycan millisinin sabiq qapıçısını transfer etdi
Klublar “Real”ın bu hücumçusu üçün yarışa girir
“Mançester Siti” almaniyalı gənc futbolçuya göz dikdi
Yüksək Liqada böyük hesablı qələbələr
“Monako” Poqbanın dönüşünü səbirsizliklə gözləyir
Arda Güler İngiltərə klubunun hədəfində
Azərbaycan yığması geridönüş etdi
Neymarın atası Pelenin brend hüquqlarını satın aldı
Toral və Elvinin durumu necədir?
"Qarabağ"da itki - 2-3 ay oynamayacaq