Sarri cərimələndi

Sarri cərimələndi
DÜNYA FUTBOLU 25 Aprel 2019 / 22:00 1771
-  A +

İngiltərə Futbol Federasiyası “Çelsi”nin baş məşqçisi Mauritsio Sarrini cərimələyib.

Qol.az Britaniya mətbbuatına istinadən xəbər verir ki, italiyalı mütəxəssis Premyer Liqanın 35-ci turunda “Bernli” ilə keçirilən görüşdəki davranışına görə cəzalandırılıb.

Matçın sonuna yaxın rəqibin vaxtı uzatdığını iddia edərək hakimə kəskin etiraz edən 60 yaşlı çalışdırıcı 8 min funt sterlinq (təqribən 10 min dollar) cərimə ödəyəcək.

Xatırladaq ki, “Çelsi” sözügedən oyunda “Bernli” ilə 2:2 hesablı bərabərə qalıb.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı