Yalnız qələbə! - Rahid iddialı danışdı

Yalnız qələbə! - Rahid iddialı danışdı
ÖLKƏ FUTBOLU 25 Aprel 2019 / 14:47 2606
-  A +

"Hər oyuna ciddi hazırlaşırıq, amma qarşıdakı matçın xüsusi əhəmiyyətə malik olduğunu qəbul edirəm".

Qol.az-ın məlumatına görə, bu sözləri "Səbail"in kapitanı Rahid Əmirquliyev klubun rəsmi saytına açıqlamasında deyib. Azərbaycan Premyer Liqasının 26-cı turunda evdə "Qəbələ" ilə keçirəcəkləri oyunun önəmindən danışan təcrübəli yarımmüdafiəçi meydana yalnız qələbə üçün çıxacaqlarını bildirib:

"Əgər üç xal qazana bilsək, bürünc medallara çox yaxınlaşacağıq. Biz yalnız qələbə qazanmaq fikirindəyik".

Qeyd edək ki, aprelin 27-də keçiriləcək "Səbail" - "Qəbələ" oyunu saat 17:30-da başlayacaq. Hazırda Bakı klubu 38 xalla üçüncü, əyalət təmsilçisi isə 36 xalla dördüncüdür.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi