2017-ci ildən Çexiyanın “Slaviya” klubunun formasını geyinən Fərid Nəbiyev bu mövsüm stabil uğurlu çıxışı ilə diqqət çəkir. Praqa təmsilçisinin gənclər komandasında oyunlara çıxan hücumçu hazırda oynadığı liqanın bombardiridi. Nəbiyevlə əlaqə saxlayıb bu mövsümkü performansı, gələcək planları barədə söhbətləşdik...
- Fərid, necəsən, “Slaviya”da işlərin necə gedir?
- Yaxşı gedir, təşəkkür edirəm. Hər şey qaydasındadı. Burdakı mühitə uyğunlaşmışam. Artıq 2 ildi burdayam. Hər şeyə tam öyrəşmişəm.
- 17 qolla Gənclər Liqasının bombardirisən. Öz çıxışın haqda nə deyə bilərsən?
- Builki oyunumu yaxşı dəyərləndirərdim, bundan daha yaxşı ola bilər. 17 qol vurmuşam, qarşıda isə daha 5 oyun var. Ümid edirəm ki, qalan turlarda qollarımın davamı gələr.
- Öz performansın yüksək olsa da, xüsusilə birinci mərhələdə komandanın nəticələri o qədər də yaxşı deyildi. Komanda şəklində daha uğurlu çıxış edə bilməməyinizin səbəbini nədə görürsən?
- Mən bu qədər qol vurmuşamsa, əlbəttə, bunu tək etməmişəm. Burda komanda yoldaşlarımın da payı çoxdu. Düzdü, birinci mərhələdə işlərimiz o qədər də yaxşı getmədi. Amma indiki durumumuz yaxşıdı. Düşünürəm ki, qalan oyunlarda uğurlu çıxışımızı davam etdirə bilərik.
- Gənclər komandasının liderisən, bu mövsüm bir oyunda da əsas komandanın iştirak ərizəsinə daxil edilmişdin. Azərbaycanlı futbol azarkeşlərinə maraqlıdı ki, Fərid nə vaxt əsas komandanın daimi üzvünə çevriləcək...
- Əlbəttə, bütün gənc futbolçular istəyir ki, klubunun əsas komandasına dəvət alsın, orda oynasın. Mənim də məqsədim budu. Ancaq bunun üçün aşağı yaş komandalarında uğurlu çıxış etməlisən. Çalışıram ki, burda uğurlu oynayıb, diqqət çəkim və əsas komandaya yüksəlim. Ümid edirəm, yaxın vaxtlarda bu istəyimə çata biləcəm.
- Özünü əsas komandada oynamağa hazır hesab edirsən?
- Bəli. Tam hazıram və şansımı gözləyirəm.
- “Slaviya” Çexiya I Liqasında indiki halda liderdi. Əgər əsas komandaya yüksəlsən, ciddi rəqabətlə üzləşəcəksən. Bundan çəkinmirsən?
- Buna 100 faiz hazıram. Tək “Slaviya” yox, hər yerdə rəqabət var. Buna görə də öz üzərində daim işləmək və hazırlığı artırmaq lazımdı.
- Çexiya mətbuatından oxuduğumuz qədər klubun ən potensiallı gənclərindən sayılırsan. Səninlə bağlı gələcək planları barədə əsas komandanın baş məşqçisi ilə danışmaq imkanın olub?
- Xeyr. Baş məşqçi ilə bu barədə heç bir söhbətimiz olmayıb. Sadəcə, şansımı gözləyirəm.
- Çexiya və Azərbaycan futbolunu, yəni həm əsas çempionatı, həm öz oynadığın Gənclər Liqasını müqayisə etsən, hansı fərqləri qeyd edə bilərsən?
- Burda fiziki futbola daha çox üstünlük verilir, Azərbaycanda isə texniki tərəflər önəmlidi. Çempionatın səviyyəsi çox yüksəkdi. Həm komandalar güclüdü, həm də azarkeş, futbol ab-havası baxımından ciddi fərq var. Bura gəldiyim ilk vaxtlarda fiziki durumum o qədər də yüksək deyildi. Ancaq yavaş-yavaş komandaya, ölkəyə, çempionata uyğunlaşdım. Məşqlərlə fiziki durumumu da qaydasına qoydum. İndi hər şey yaxşıdı.
- Azərbaycanlı futbolçular adətən ölkə xaricində çox tab gətirmirlər, ya darıxırlar, ya mühitə uyğunlaşa bilmədiklərindən və s. tez bir zamanda geri qayıdırlar. Artıq 2 ildi ölkə xaricindəsən. Səndə hansısa çətinlik yoxdu?
- Başqa futbolçular barədə heç nə deyə bilmərəm. Çünki hərənin öz məqsədi, istəyi, ideyası var. Mənim də məqsədim davamlı olaraq Avropada oynamaqdı. İstəyirəm, Azərbaycanı layiqincə təmsil edim. Əslində, burda darıxılacaq bir şey də yoxdu. Hər gün ailəmlə, yaxınlarımla danışıram. Yalnız bir fikrim var, o da yaxşı futbolçu olmaq.
- Bir çox futbolçu Çexiyadan daha güclü liqalara getmək üçün tramplin kimi istifadə edir. “Slaviya”nın əsas komandasına yüksəlmək məqsədi öz yerində, necə düşünürsən, Çexiyada olmaq sənə bu baxımdan da kömək ola bilərmi?
- Düzü, belə görmürəm. Sadəcə, hər şey özümdən asılıdı. Yaxşı oynayandan sonra güclü liqalardan da təklif alacam. Əlbəttə, məqsədim top-klublarda oynamaqdı. Ancaq bunun üçün əvvəlcə burda özümü göstərməliyəm.
- Qarşıdan U-21 millisinin seçmə mərhələ oyunları gəlir. Ölkə xaricində uğurlu çıxış edən gənc futbolçu kimi hamı səndən bu komandada lider olmağı gözləyir...
- Təbii ki, mən istəyərəm uğurlu oyunlarımı milli komandada davam etdirim. Kifayət qədər yaxşı heyətimiz, gözəl kollektivimiz var. İnanıram ki, seçmə mərhələdə ölkəmizi layiqincə təmsil edəcəyik.
- Son tsikldəki uğursuz nəticələrdən sonra bu dəfə komandanın real gücünü və rəqibləri nəzərə alsaq, qrupda neçənci olmaq mümkündü, səncə?
- Qrupda Fransa aşkar favoritdi. Biz isə 2-3-cü yerlər uğrunda mübarizə apara bilərik. Çünki güclü oyunçularımız, yaxşı kollektivimiz var.
- Azərbaycan çempionatını izləyirsən?
- Vaxt olduqca oyunlara baxmağa çalışıram.
- Yetirməsi olduğun “Qəbələ” son illərlə müqayisədə bir qədər uğursuz çıxış edir, medalsız qalmaq ehtimalı var. Sabiq komandanı nə dərəcədə izləyirsən, builiki oyunları barədə nə deyə bilərsən?
- “Qəbələ”nin bütün oyunlarına baxmamışam. Bəzi matçları izləmişəm. Onların oyunları haqda bir şey deyə bilmərəm. Yetirməsi olduğum klub kimi “Qəbələ”yə yalnız uğur arzulayıram.
- Çempionluğa kimi daha şanslı sayırsan, “Qarabağ”, yoxsa “Neftçi”?
- Məncə, “Qarabağ” daha şanslıdı. Düzdü, son turda “Neftçi”nin meydanında oynayacaqlar, ancaq 2 xallıq fərq yaradıblar və indi hər şey öz əllərindədir.
Mənbə: futbolpress.az
"Mançester Yunayted"in yeni hədəfi bilindi
"Qəbələ" yoxlama oyununda qalib gəldi
"Liverpul" danışıqları sürətləndirdi
"Milan" Bonifeyslə razılıq əldə etdi
"Bayer"in əsas hədəfinə çevrildi
"İmişli"dən daha bir transfer - Rəsmi
"Tottenhem" "Mançester Siti"dən əl çəkmir
"Zirə"nin futbolçusu 4 oyunluq cəzalandırıldı
"Milan" futbolçusunu satdı
Qurban Qurbanovu yaxşı tanımayan Robbi Kin
"Səhvlərimizdən nəticə çıxarmalıyıq" - Kristian Avram
AFFA "Qəbələ"ni cərimələdi
Yenidən qurulan Gəncə stadionundan son görüntülər - Video
"Kayrat", Dastan və bizimkilər
Misli Premyer Liqasında 2-ci turun hakimləri açıqlandı
Salah: "Qələbəyə acam"
Azərbaycan millisinin Monteneqroda ikinci sınağı
"Çelsi" meydana bu formalarla çıxacaq - Şəkillər
Avroliqada pley-off başlayır
Azərbaycanın 4 klubunda oynamış futbolçu Omana getdi
“Araz-Naxçıvan”ın ÇL üçün iştirak ərizəsi
Azarkeşlər Neymarı hədələdilər
Azərbaycan UEFA-da bu mövsümkü nəticələrə görə neçəncidir?
"Fənərbaxça" "Benfika" ilə heç-heçə etdi - Çempionlar Liqası
Azərbaycan güləşçisi dünya üçüncüsü oldu
"Yeni oyunçular bizə bir neçə titul qazandıracaq"
"Çelsi" onu icarə verməyə yaxındır
"Napoli" Lukakunun yerinə onu nəzərdən keçirir
"Vilyareal" "Çelsi"yə 30 milyona yaxın məbləğ ödəyəcək
"Milan" "Bayer"in oyunçusunu almağa yaxındır
"Qarabağ" onlara ot yoldurdu, həm də öz stadionlarının otunu
"Qalatasaray" "Mançester Siti" ilə anlaşdı
"Real"dan La Liqa tarixinin rekordu
Prezident və xanımı Gəncə stadionunda - Yenilənib+Şəkilıər
"Yuventus"a qayıdır
Azərbaycan 2-ci ıiqasında yeni mövsümün püşkü atıldı
"Real"ın sabiq üzvü "Napoli"yə keçdi
UEFA-dakı parlaq "Qarabağ" statistikası
"Roma"dan yeni transfer
"Fənərbaxça" hücum xəttini gücləndirdi