"Tottenhem"dən çətin qələbə, "Sauthempton"a son dəqiqə şoku

"Tottenhem"dən çətin qələbə, "Sauthempton"a son dəqiqə şoku
DÜNYA FUTBOLU 24 Aprel 2019 / 01:11 4383
-  A +

İngiltərə Premyer Liqasında 31 və 33-cü turlardan təxirə salınmış iki oyun keçirilib.

Qol.az-ın məlumatına görə, müvafiq olaraq, "Tottenhem" doğma meydanda "Brayton"la, "Sauthempton" isə səfərdə "Uotford"la qarşılaşıb. London klubu evdə oynamasına baxmayaraq, rəqibini çətinliklə məğlub edə bilib. 88-ci dəqiqədə Kristian Eriksenin qolu "Tottenhem"ə minimal hesablı qələbə qazandırıb.

"Sauthempton" isə "Uotford"la matçda qələbəni sonuncu dəqiqədə əldən verib.

23 aprel

"Tottenhem"- "Brayton" - 1:0
Qol:
K. Eriksen, 88

"Uotford" - "Sauthempton"- 1:1
Qollar:
Ş Lonq, 1 (0:1), E. Qrey, 90 (1:1)

Qeyd edək ki, bu nəticələrdən sonra xallarının sayını 70-ə çatdıran "Tottenhem" 3-cü pillədəki yerini qoruyub saxlaya bilib. 34 xallı "Brayton" 17-ci, 37 xallı "Sauthempton" 16-cı, 50 xalı olan "Uotford" 7-cidir. Turnir cədvəlinə isə 88 xalla "Liverpul" başçılıq edir. Bir oyun az keçirən "Mançester Siti" 86 xalla ikincidir.

Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu